3b0d0985-e6e1-43d2-8350-fedc9a5d5149..jpg

“Ford” sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır

Baxış sayı: 920 dəfə baxılıb.

“Ford” sürücülərinin NƏZƏRİNƏ: Bir milyondan çox avtomobil geri çağırılır

Avtomobil istehsalçısı “Ford” ABŞ-də 1 280 726 avtomobilini geri çağırıb.

Buna səbəb əyləc şlanqında yaranan problem olub. Belə ki, konstruktiv
çatışmazlıq səbəbindən əyləc vaxtından əvvəl sıradan çıxa bilər.

Məlumata görə, 2013-2018-ci illərdə istehsal olunan bəzi “Ford Fusion” və
“Lincoln MKZ” modelləri geri çağırılacaq.

Bundan əvvəl 2015-2018-ci illərə aid “Ford Edge” və 2016-cı ilə aid “Lincoln
MKX” modelləri geri çağırılıb.

Nasaz olan hissə birləşdirici əyləc şlanqıdır. Qeyd edildiyi kimi, testlər
zamanı şlanqlar stenddə sınaqdan keçirilib. Stend isə real vəziyyətin yalnız 88
faizini itimasiya edə bilib.

Şlanqın cırılması əyləc mayesinin sızmasına səbəb ola bilər ki, bu da öz
növbəsində əyləclərin tədricən sıradan çıxmasına və qəza riskinin artmasına
gətirib çıxara bilər.

Problemli hissə 3 fevral 2012-ci ildən 19 iyul 2017-ci ilə qədər olan müddətdə
istifadə edilib. Bundan sonra yeni material tətbiq edilib.

Aprelin 17-dən etibarən “Ford” şirkəti avtomobil sahibləri ilə əlaqə saxlamağa
başlayacaq və onları geri çağırılma barədə məlumatlandıracaq. Sahiblərdən
avtomobillərini ən yaxın dilerə qaytarmaları xahiş olunacaq və orada əyləc
şlanqı pulsuz olaraq yenisi ilə əvəz ediləcək. Bu təmir üçün artıq öz cibindən
ödəniş edən sürücülər isə pullarını geri ala biləcəklər.

Qeyd edək ki, “Ford” avtomobilləri, o cümlədən “Ford Fusion” modeli
Azərbaycanda da olduqca populyardır.

Mənbə: USAtoday.com

Source link