444b5de5-4f74-45dc-9a83-841b594c3d21..jpg

“Formula-1” yarışları Azərbaycanın turizm potensialını dünyaya tanıdır” – RƏY + FOTO

Baxış sayı: 933 dəfə baxılıb.

“Formula-1” yarışları Azərbaycanın turizm potensialını dünyaya tanıdır” – RƏY
+ FOTO

500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur “Formula-1”
yarışının Azərbaycanda keçirilməsi turizm potensialımızın dünyada təbliğ
edilməsində müstəsna rol oynayır.

Bu barədə “Report”a açıqlamasında turizm üzrə ekspert Rəhman Quliyev deyib.

Ekspert bu Qran-prinin ölkəmizi dünyada tanıtmaq üçün ideal platforma olduğunu
vurğulayıb:

“2018-ci ildə Bakıdakı bu möhtəşəm yarışı izləməyə gələn turistlər 78 ölkəni
təmsil edirdisə, 2023-cü ildə bu rəqəm 100-ü ötüb. Bu o deməkdir ki, dünya
ölkələrinin yarısından çCixisyolu.comarkeş kimi yarışlarda təmsil olunacaq və
Azərbaycan mədəniyyəti, qonaqpərvərliyi, gülərüzlü insanları ilə tanış olmaq
imkanı əldə edəcək. Artıq Azərbaycan dünya siyasi arenasında qalib ölkə kimi
tanınır və bu il də keçən il olduğu kimi qalib paytaxtda fərqli bir statusda
“Formula-1” üzrə Azərbaycan Qran-prisini keçirəcəyik. Tək bu yarış deyil, digər
beynəlxalq yarışların da Azərbaycanda keçirilməsi, müxtəlif yarışlarda
Azərbaycan bayrağının yüksəklərə qaldırılması da Azərbaycanın dünyada
tanıdılması baxımından önəm kəsb edir”.

R.Quliyev yarışları izləməyə gələn xarici turistlərin sayının hər il artdığını
bildirib:

“Bakıda keçirilən üçüncü “Formula-1” yarışını izləməyə gələn əcnəbilərin
sayında 2017-ci illə müqayisədə 31% artım olub. Bu tendensiya hər il artmaqda
davam edir. Statistika göstərir ki, turistlərin iqtisadiyyatın müxtəlif
sahələrinə, o cümlədən peşəkar xidmətlər, hotel və mehmanxana, hava yolları,
iaşə obyektləri, restoran, nəqliyyat, sosial və mədəni xidmətlər, poçt və
telekommunikasiya, topdan ticarət və elektrik, qaz, su və digər sektorlara
verdikləri faydalar həddən artıqdır. Bu tədbir ölkəmizin dünyaya sürətli
inteqrasiyasını təmin etməklə yanaşı, sosial-iqtisadi yüksəlişimizə də təkan
verir. Bu kimi yarışların keçirilməsi ilə ölkəyə valyuta axını olur,
Azərbaycanı hər kəs daha yaxından tanıyır. Bu yarışı televiziya və ya sosial
şəbəkələr vasitəsilə izləyən hansısa xarici vətəndaş gələcəkdə Azərbaycana
səfər edə bilər”.

Ekspert deyib ki, yarış bitdikdən dərhal sonra ölkəyə kütləvi turist axınının
olacağını gözləmək doğru deyil:

“Bəziləri hesab edir ki, bu yarış bir anda ölkəyə böyük gəlir gətirməlidir.
Belə deyil. Bu, Azərbaycan rəhbərliyi tərəfindən düşünülmüş uğurlu xarici
siyasi kursun bir qoludur. Belə yarışların ölkəmizdə keçirilməsi Azərbaycanda
ictimai asayişin yüksək səviyyədə qorunmasından xəbər verir. Çünki sözügedən
yarış çox ölkədə keçirilə bilərdi. Onun Azərbaycanda keçirilməsi ölkənin
reputasiyasının artırılmasına xidmət edir. Bununla bütün dünyaya da məlum olur
ki, Azərbaycanda ictimai asayiş yüksək səviyyədə qorunur”.

““Formula-1” yarışı ərəfəsində Azərbaycana əsəsən yüksək kateqoriyadan olan
turistlər gəlir. Bunu həm bron edilən hotel nömrələrindən, həm də tur
proqramlardan bilmək olur. Bu dönəmdə ölkəyə gələn turistlər digər dövrlərdə
gələnlərdən çox fərqlənir. Bu da yarışın ən yüksək səviyyədə keçirilməsi və
daha üst səviyyəli bir yarış olmasından xəbər verir”, – deyə R.Quliyev əlavə
edib.

Qeyd edək ki, “Formula-1” üzrə Azərbaycan Qran-prisi aprelin 28-30-u
tarixlərində keçiriləcək.

Source link