fc169531-4f84-4819-8e0b-ee3950f96829..jpg

Fransa polisi Luvrda bomba tapmayıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 598 dəfə baxılıb.

Fransa polisi Luvrda bomba tapmayıb – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fransa hüquq-mühafizə orqanları anonim təhdidlərdən sonra minlərlə
ziyarətçinin evakuasiya edildiyi Luvrda heç bir partlayıcı tapmayıb.

Bu barədə Fransanın daxili işlər naziri Cerald Darmanin məlumat verib.

“Heç bir bomba, mümkün hücum əlaməti yox idi”, – deyə o bildirib.

Nazir xatırladıb ki, son vaxtlar polisə kifayət qədər çoxlu anonim telefon
zəngləri, eləcə də hədə-qorxular gəlir. Hər dəfə də təhdidlərin yalan olduğu
üzə çıxır.

Mənbə: TASS

17:56

Fransanın ən böyük muzeylərindən biri olan Luvr bu gün bomba təhlükəsi
xəbərindən sonra ziyarətçilər üçün bağlanıb.

Bu barədə polisdəki mənbədən bildirilib.

Məlumata görə, muzeyə gələnlər təcili təxliyə ediliblər, polis sarayı
mühasirəyə alıb, araşdırma aparılır.

Muzeyin Mətbuat Xidmətindən bildirilib ki, işin dayandırılması muzeyi və onun
ziyarətçilərini təhdid edən təhlükə barədə yazılı xəbərdarlığın alınması ilə
əlaqədardır.

“Luvr ölkədəki mövcud vəziyyəti nəzərə alaraq muzeyin binasını boşaltmaq və
lazımi yoxlamaların aparılması üçün bütün gün ərzində bağlanmaq qərarına
gəlib”, – deyə məlumatda bildirilib.

Hazırda Fransada maksimum terror təhlükəsi
səviyyəsi tətbiq edilib. Buna səbəb ölkənin şimalında yerləşən Arras
kommunasında məktəbmüəlliminin öldürülməsi
İsraildəki böhran fonunda təhlükənin artması olub. Ölkədə tətbiq edilən “Terror
aktı təhlükəsi” səviyyəsi hazırkı “Vigipirate” antiterror planında nəzərdə
tutulan üç səviyyədən maksimumudur. Tədbir olaraq respublikanın şəhərlərinin
küçələrində asayişi qorumaq üçün yeddi min (həmişəkindən iki dəfə çox) hərbçi
yerləşdiriləcək.

Mənbə: BFMTV

Source link