e2966885-017b-4413-bf97-2d07f9f3bc8e..jpg

Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, pensiya islahatını təsdiqləyib – FOTO

Baxış sayı: 787 dəfə baxılıb.

Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, pensiya islahatını təsdiqləyib
– FOTO

Fransa Senatı əhalinin etirazlarına baxmayaraq, hökumətin təklif etdiyi
pensiya islahatını təsdiqləyib.

Bunu Fransanın baş naziri Elizabet Born “Twitter”də yazıb.

“Yüzlərlə saatlıq müzakirələrdən sonra Senat pensiya islahatlarına dair
qanunun mətnini qəbul edib. Pensiyalarımızın gələcəyini təmin edəcək
islahatlara doğru qəti addım. Biz yaxın günlərdə veriləcək yekun qərara tam
hazırıq”, – Born bildirib.

Qeyd edək ki, Fransada təqaüd yaşının artırılmasına qarşı ölkənin hər yerində
nümayişlər keçirilir.

Pensiya islahatlarına dair qanuna əsasən pensiya yaşı 62-dən 64-ə
qaldırılacaq. İslahat layihəsi həmçinin minimum pensiyanın 1,2 min avroya qədər
artırılmasını və müxtəlif sektorlarda bəzi xüsusi pensiya növlərinin ləğvini
nəzərdə tutur.

#Vote | Après
une centaine d’heures de débat, le Sénat adopte le texte de la réforme des
retraites. Une étape décisive pour faire aboutir une réforme qui assurera
l’avenir de nos retraites. Totalement engagée pour permettre une adoption
définitive dans les prochains jours.pic.twitter.com/c2KC0XxB0s

— Élisabeth BORNE (@Elisabeth_Borne) March 11, 2023

Source link