6eadae1c-e4a2-484b-98a9-9269c81a20fa..jpg

Fransada etirazlara bir milyondan çox insan qatılıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 956 dəfə baxılıb.

Fransada etirazlara bir milyondan çox insan qatılıb – YENİLƏNİB + VİDEO

Cümə axşamı Fransanın bir çox böyük şəhərlərində pensiya islahatına qarşı
keçirilən nümayişlərdə bir milyondan çox insan iştirak edib.

Məlumatı respublikanın Daxili İşlər Nazirliyi paylaşıb.

Nazirlik xatırladıb ki, martın 15-də keçirilən əvvəlki ümumi etirazlarda
nümayişçilərin sayı bunun yarısı qədər olub. Etirazçıların rekord sayı isə
martın 7-də qeydə alınıb – demək olar ki, 1,3 milyon nəfər.

Təkcə Parisdə cümə axşamı günü 119 min etirazçı küçələrə axışıb ki, bu da
Fransa paytaxtı üçün rekord olub.

İştirakçıların sayına görə ən böyük etiraz aksiyaları həmçinin Marsel, Tuluza,
Renn, Nant, Nitsa, Bordo, Tulon və Lionda keçirilib.

Qeyd edək ki, etirazlara yanvar ayında Fransada pensiya yaşının 62-dən 64-ə
qaldırılması ilə bağlı islahat layihəsi səbəb olub.

Növbəti ümummilli nümayişlər martın 28-nə planlaşdırılıb.

23:58

Cümə axşamı Parisdə hökumətin pensiya islahatına etiraz olaraq nümayişçilərlə
polis arasında toqquşmalar baş verib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları gözyaşardıcı qazdan
istifadə ediblər.

Bildirilir ki, etirazçılar Respublika meydanında polisi təhrik etməyə
başlayıblar. Onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına şüşə və fişəng
atıblar.

Təhlükəsizlik qüvvələri buna dəyənəkləri və gözyaşardıcı qazla cavab veriblər.
Radikal nümayişçilər zibil qutularını və velosipedləri yandırıblar.

Sen-Martin bulvarında isə etirazçılar avtobus dayanacaqlarını və vitrinləri
sındırıblar.

Mənbə: TASS


Source link