e008e894-cf18-465e-a3a6-1ef3381cabbd..jpg

Fransada nazir köməkçisinin “Playboy”a müsahibəsi qalmaqal yaratdı

Baxış sayı: 857 dəfə baxılıb.

Fransada nazir köməkçisinin “Playboy”a müsahibəsi qalmaqal yaratdı

Fransanın baş naziri Elizabet Born keçmiş dövlət katibi Marlen Şyappanı
“Playboy” jurnalına müsahibə verməyə razılaşdığına görə qınayıb.

Məlumata görə, Born şəxsi zəngində Şyappaya onun müsahibəsinin hazırkı
kontekstdə “heç də uyğun olmadığını” bildirib.

Hazırda iqtisadiyyat nazirinin köməkçisi olan Şyappa əvvəllər gender
bərabərliyi və ayrı-seçkiliyə qarşı dövlət katibi vəzifəsində çalışıb. O,
“Playboy”a qadın hüquqları ilə bağlı geniş müsahibə verib. Şyappa ilə söhbətin
yer alacağı jurnalın nömrəsi aprelin 6-da işıq üzü görəcək.

“Qadınların öz bədənlərinə nəzarət etmək hüququ hər yerdə və hər zaman
qorunmalıdır. Fransada qadınlar azaddır”, – eks dövlət katibi jurnala verdiyi
müsahibəni şərh edərkən “Twitter” hesabında yazıb.

Şyappanı hakim İntibah Partiyasının parlament qrupu dəstəkləyib. Qrupun
sözçüsü bəyan edib ki, qadın rəsmi jurnal üçün poza verməyib və öz müsahibədə
ciddi mövzuları gündəmə gətirib.

Mənbə: lenta.ru

Source link