cfc2bd56-608d-4702-bc77-007be8e94d9c..jpg

Fransada pensiya islahatı ilə bağlı etiraz aksiyalarında çox sayda insan saxlanıldı – VİDEO

Baxış sayı: 1. 121 dəfə baxılıb.

Fransada pensiya islahatı ilə bağlı etiraz aksiyalarında çox sayda insan
saxlanıldı – VİDEO

Fransada pensiya islahatına qarşı çıxanların etiraz aksiyaları davam edir.

Fransa Baş naziri Elizabet Borne pensiya yaşının 62-dən 64-ə qaldırılmasını
nəzərdə tutan islahatla bağlı qanun layihəsinin səsvermə yolu ilə qəbul
edilməsinə qərar verib. Bundan sonra islahat əleyhdarları Paris küçələrinə
axışıblar.

İslahat əleyhinə olan minlərlə insan Parisdə Milli Assambleyaya yaxın Konkord
meydanında toplaşıb. Polislə nümayişçilər arasında gərgin anlar yaşanıb,
polisin meydandan uzaqlaşdırdığı nümayişçilər ara küçələrə dağılışıblar.

Nümayişçilər Paris küçələrində təmizlik işçilərinin tətili nəticəsində
günlərdir yığılan zibilləri yandırıblar. Eyni zamanda bəzi avtomobillərə və
ictimai əmlaka da ziyan vurublar.

Etiraz aksiyaları zamanı 20-dən çox insan nəfər saxlanılıb.

Yerli medianın məlumatına görə, həmçinin Nant, Lion və Renn kimi müxtəlif
şəhərlərdə də küçələrdə etiraz nümayişləri keçirilib.

Mənbə: Haber Global, DW.com


Source link