5012f44c-7a99-404a-9f60-a617e30267b1..jpg

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir – FOTO

Baxış sayı: 549 dəfə baxılıb.

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir – FOTO

Fransanın xarici işlər naziri Ketrin Kolonna Azərbaycanda səfərdədir.

Bu barədə nazir “Twitter”də paylaşım edib.

“Qafqaza səfərim Bakıya gəlməklə başladı. Azərbaycanda, Ermənistanda, sonra
Gürcüstanda olacağam. Fransa regionda sülhün qorunmasının nə qədər vacib
olduğunu bilir. Paris buna qətiyyətlə sadiqdir. Bu, daşıyacağım missiyadır”, –
paylaşımda deyilir.

Kolonna aprelin 26-dan 28-dək Azərbaycan və Ermənistanda səfərdə olacaq. Onun
səfəri davamlı sülh üçün iki ölkə arasında danışıqlara dəstək xarakteri daşıyır.

Nazir Bakıda 1990-cı il 20 Yanvar sovet repressiyası qurbanlarının xatirəsini
ehtiramla yad edəcək.

Arrivée à Bakou pour débuter mon déplacement dans le Caucase en #Azerbaïdjan
,
#Arménie
, puis#Géorgie
.

La France sait toute l’importance de préserver la paix dans la région. Elle
s’engage résolument en ce sens.

C’est le message que je porterai. pic.twitter.com/N4xmjJwRsd

— Catherine Colonna (@MinColonna) April 26, 2023

Source link