9132a067-7afd-4cae-b531-a1ae0ca7c1b5..jpg

Fuad Muradov Kanada XİN-in parlament katibi ilə görüşüb – FOTO

Baxış sayı: 763 dəfə baxılıb.

Fuad Muradov Kanada XİN-in parlament katibi ilə görüşüb – FOTO

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Kanadaya səfər
çərçivəsində Xarici İşlər Nazirliyinin (XİN) parlament katibi Robert Olifantla
görüşüb.

Bu barədə Dövlət Komitəsi məlumat yayıb.

Görüşdə Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin fəaliyyət
istiqamətləri, dünyanın 70-dən çox ölkəsində 50 milyona yaxın azərbaycanlının
yaşaması, Azərbaycan Prezidentinin tövsiyələri əsasında xaricdəki
icmalarımızla, o cümlədən Kanadada yaşayan soydaşlarımızla sıx əlaqə
saxlanılması, onların təşkilatlanması istiqamətində atılan addımlar və həyata
keçirilən layihələr XİN parlament katibinin nəzərinə çatdırılıb.

Cənubi Qafqazın lider dövləti olan müasir Azərbaycanın yeni inkişaf
mərhələsinə qədəm qoyduğu, azad olunmuş torpaqlarımızda irimiqyaslı
bərpa-quruculuq işlərinin aparıldığı, xalqımızın bölgədə yalnız davamlı sülhün
bərqərar olmasını istədiyi və Azərbaycan dövlətinin bu istiqamətdə ciddi səylər
göstərdiyi vurğulanıb.

Robert Olifant Azərbaycan diasporunun Kanada cəmiyyətinə inteqrasiyasını
yüksək qiymətləndirib. Kanada dövlətinin Azərbaycanın beynəlxalq səviyyədə
tanınmış ərazi bütövlüyünü dəstəklədiyini söyləyən XİN parlament katibi
icmamızın tarixi vətənlərinin imicinin yüksəldilməsi və mədəniyyətinin
tanıdılması istiqamətində Kanadada gördüyü işləri müsbət qiymətləndirib.

Komitə sədri Kanada-Azərbaycan ikitərəfli münasibətlərinin daha da inkişaf
edəcəyinə ümid etdiyini bildirib.

“Peys Hüquq Firması”nın (“Pace Law Firm”) təsisçisi və rəhbəri Al Peyslə
görüşdə isə şirkətin hüquqi xidmətləri barədə ətraflı məlumat verilib və
fəaliyyətinə dair təqdimat keçirilib. 1981-ci ildə əsası qoyulan şirkətin beş
ofisində 160-dan çox hüquqşünasın çalışdığı və müştərilərə 38 dildə xidmət
göstərdiyi vurğulanıb.

Al Peys qeyd edib ki, özü əslən Litvadan olduğu üçün litvalılar icmasının
fəaliyyətində iştirak edir və rəhbərlik etdiyi şirkət litvalı gənclərinin
startap layihələrini təmənnasız olaraq dəstəkləyir.

Komitə sədri ölkəmizin inkişafı, diaspor quruculuğu və Azərbaycan icma
üzvlərinin yerli cəmiyyətə inteqrasiyası ilə bağlı həyata keçirilən layihələr
barədə ətraflı məlumat verilib. Azərbaycan diasporu üzvlərinin müxtəlif
ölkələrdə, o cümlədən Kanadada biznes sahəsində çalışdıqlarına, xarici
ölkələrin iqtisadiyyatına töhfələr verdiklərinə diqqət cəlb olunub. İnteqrasiya
sahəsində soydaşlarımızın qarşılaşdıqları hüquqi çətinliklərin aradan
qaldırılması yolları və əməkdaşlıq perspektivləri müzakirə edilib.

Source link