ee3efb1b-0972-492e-9dcf-c7bbe968caf2..jpg

Gədəbəydə həyat yoldaşını bıçaqlamaq istəyən kişi iki oğlunu xəstəxanalıq edib – YENİLƏNİB

Baxış sayı: 847 dəfə baxılıb.

Gədəbəydə həyat yoldaşını bıçaqlamaq istəyən kişi iki oğlunu xəstəxanalıq edib
– YENİLƏNİB

Gədəbəydə atanın övladlarına bıçaqla xəsarət yetirməsinin təfərrüatı məlum
olub.

APA-nın yerli bürosunun məlumatına görə, kənd sakini 1985-ci il təvəllüdlü
Yaşar Mustafayev sərxoş vəziyyətdə həyat yoldaşı, 1988-ci il təvəllüdlü İlhamə
Mustafayeva ilə mübahisə edib.

Mübahisədən sonra sərxoş kişi həyat yoldaşını bıçaqlamaq istəyib. Bu zaman
onları sakitləşdirmək istəyən yeniyetmə övladlarına bıçaq xəsarəti yetirib.
Faktla bağlı araşdırma aparılır.

20:29

Gədəbəydə bıçaqlanma hadisəsi baş verib.

Cixisyolu.com xəbər verir ki, hadisə rayonun İvanovka kəndində qeydə alınıb. 2007-ci
il təvəllüdlü Valeh Mustafayev və qardaşı 2006-cı il təvəllüdlü Taleh
Mustafayev əllərinin bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdiriliblər.

Onlara dərhal yardım göstərilib. Vəziyyətlərinin kafi olduğu bildirilir.

Məlumata görə, qardaşlar ataları Yaşar Mustafayev tərəfindən bıçaqlanıblar.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Samir İsayev

Source link