Gələn il Bakıda torpaq qiymətlərinin artacağı ərazilər – PROQNOZ
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Növbəti ildən etibarən Bakıda torpağın bahalaşması gözlənilir”.
Bunu Bizim.media-ya açıqlamasında daşınmaz əmlak üzrə ekspert Ramil Qasımzadə
deyib.
Ekspert paytaxtda bahalaşmanı stimullaşdıran bəzi amillərin olduğunu bildirib:
“Həmin amillərdən biri də mərkəzdə çoxmərtəbəli binaların tikintisi üçün
torpaq sahəsinin tapılmamasıdır. Buna görə də sahibkarlar şəhərin kənar
məntəqələrinə üz tutmağa məcbur olurlar. Əsasən də, Binəqədi, Sabunçu, Abşeron,
Xırdalan və digər istiqmətlərə üz tuturlar. Bu ərazilərdə çoxmərtəbəli bina
tikintisi üçün yer tapmaq mümkündür”.
R.Qasımzadə vurğulayıb ki, mərkəzdə, xüsusilə də Nərimanov, Nəsimi, Səbail
rayonlarında boş ərazi tapmaq müşkülə çevrilib:
“Bu ərazilərdə çoxmərtəbəli binaların tikintisi ilə bağlı torpaq əldə etmək
üçün mütləq fərdi yaşayış evlərinin söküntüsü həyata keçirilməlidir. Bu da
sahibkarlara xeyli baha başa gəlir. Ona görə ki, söküntü zamanı ilk növbədə
vətəndaşa kompensasiya ödənilməlidir. Eyni zamanda, əgər torpaq sahəsi dövlətə
məxsusdursa, özəlləşdirilməsini həyata keçirmək lazımdır. Bu da torpağın
qiymətinin bahalaşmasına səbəb olan amillərdən birinə çevrilir”.