Gəncədə bir şəxsi öldürüb, digərini yaralayanların cinayət işi məhkəməyə
göndərilib
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gəncə şəhər sakini Niyazi Bayramovun qəsdən öldürülməsi, qardaşı Kamal
Bayramova isə çoxsaylı bıçaq xəsarətləri yetirilməsi faktı üzrə şəhər
prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə Gəncə Şəhər Prokurorluğu məlumat yayıb.
İstintaqla Ayxan Bayramovun tanışları Murad Nəcəfov və Seymur Abdullayevlə
qabaqcadan əlbir olan bir qrup şəxs halında tanışı Niyazi Bayramovu bıçaqla
çoxsaylı xəsarətlər yetirərək xüsusi amansızlıqla və xuliqanlıq niyyəti ilə
qəsdən öldürməsinə, sonuncunun qardaşı Kamal Bayramovu isə qəsdən öldürməyə
cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Ayxan Bayramov, Murad Nəcəfov və Seymur Abdullayevə Cinayət Məcəlləsinin
120.2.1, 120.2.2, 120.2.4, 29,120.2.1, 29,120.2.2, 29,120.2.4 (qabaqcadan əlbir
olan bir qrup şəxs halında xuliqanlıq niyyəti ilə xüsusi amansızlıqla qəsdən
adam öldürmə və qəsdən adam öldürməyə cəhd) və digər maddələri ilə yekun
ittiham elan edilib və cinayət işi baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır
Cinayətlər Məhkəməsinə göndərilib.