7946c1fb-6870-4e06-b6ac-b147b693c6b4..jpg

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Baxış sayı: 1. 031 dəfə baxılıb.

Gəncədə çörək istehsalı müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb – FOTO

Gəncə şəhəri, Heydər Əliyev prospektində fəaliyyət göstərən fiziki şəxs Hüseyn
Faiq oğlu Abdullayevə məxsus çörək istehsalı müəssisəsində aparılmış yoxlama
zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma
və qaydalarının tələblərinin pozulduğu müəyyən edilib.

Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Bildirilib ki, müəssisədə sanitar texniki və sanitar gigiyenik vəziyyətin
qənaətbəxş olmadığı, tavan, döşəmə və divar səthlərinin asan təmizlənən və
dezinfeksiya vasitələrinin təsirinə davamlı materiallarla üzlənmədiyi,
xammalların çirklənmədən mühafizə ediləcək şəraitdə saxlanılmadığı, texnoloji
ardıcıllıq prinsipinə əməl olunmadığı, həmçinin müvafiq təmizlik işlərinin
aparılmadığı aşkar olunub. Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyə uyğun
olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin
fəaliyyəti məhdudlaşdırılıb. Araşdırmalar davam etdirilir.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin
edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının
pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində
müvafiq addımlar atır.

Source link