f40c0e9f-9ffa-42e9-ad2a-24bcadfce50b..jpg

Gəncədə tarixi binanın dam örtüyü söküldü – YENİLƏNİB + VİDEO

Baxış sayı: 542 dəfə baxılıb.

Gəncədə tarixi binanın dam örtüyü söküldü – YENİLƏNİB + VİDEO

16 aprel tarixində Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3 800
inventar nömrəli yerli əhəmiyyətli tarix-memarlıq abidəsinə qanunsuz müdaxilə
faktı qeydə alınıb.

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət XidmətindənCixisyolu.com-a verilən məlumata görə, baxış keçirilən zaman
abidənin üzərində quraşdırılmış məlumat lövhəsi və binanın dam örtüyünün
söküldüyü müəyyən edilib.

Müdaxilə faktının qarşısı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması,
İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin
əməkdaşları tərəfindən dərhal alınıb və aparılan qanunsuz təmir işləri
dayandırılıb.

Bir daha mülkiyyətində və ya istifadəsində tarix və mədəniyyət abidələri olan
fiziki və hüquqi şəxslərin nəzərinə çatdırırıq ki, “Tarix və mədəniyyət
abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu
maddəsinə əsasən, abidələrin bədii-estetik görkəminin dəyişdirilməsi,
uçurulması və onlar üçün təhlükə yarada biləcək təmir, inşaat, təsərrüfat və
digər işlərin aparılması qadağandır.

Həmin qanunun 5-ci və 25-ci maddələrinə əsasən abidələrin üzərində aparılacaq
işlərin layihəsi Mədəniyyət Nazirliyi tərəfindən təsdiq edilməlidir.

Qeyd olunan qanunun 28-ci maddəsinə əsasən abidələrin qorunması haqqında
Azərbaycan Respublikası qanunvericiliyini pozan şəxslər cinayət, inzibati,
intizam və mülki məsuliyyət daşıyırlar.

Sözügedən faktla bağlı aidiyyəti dövlət orqanlarına müraciət olunub və birgə
qanuna müvafiq tədbirlər görülməkdədir.

17:12

Gəncədə tarixi-memarlıq abidəsində qanunsuz təmir işləri aparılır.

Cixisyolu.com xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Mədəniyyət Nazirliyinin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə
Dövlət XidmətindəCixisyolu.com-ın sorğusuna cavab olaraq bildirilib ki, müdaxilə ilə
bağlı tədbirlər görülür:

“Gəncə şəhəri Atatürk prospekti 531 ünvanında yerləşən 3800 inventar nömrəli
yerli əhəmiyyətli tarix-memarlıq abidəsində qanunsuz təmir işlərinin aparıldığı
aşkar edilib. Aparılan təmir işləri dayandırılıb. Müdaxilə faktı ilə bağlı
qanuna müvafiq tədbirlər görülməkdədir”.

Nəzrin Vahid


Source link