7f4d43cf-7d5e-4c94-a696-b1348f137c13..jpg

“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0” proqramının bağlanış mərasimi keçirilib – FOTO

Baxış sayı: 829 dəfə baxılıb.

“Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi – 2.0” proqramının
bağlanış mərasimi keçirilib – FOTO

Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi və Azərbaycan Respublikası
Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə artıq ikinci dəfədir
ki, həyata keçirilən “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi –
2.0” proqramı fəaliyyətini yekunlaşdırıb.

Proqram çərçivəsində ümumilikdə 2022-23-cü illəri əhatə etməklə 15 təşkilatın
15 layihəsinə resurs dəstəyi göstərilib və bu layihələr altı istiqaməti əhatə
edib.

Gənclər təşkilatları tərəfindən gənclər arasında vətənpərvərlik hisslərinin
aşılanması, ətraf mühitin mühafizəsi, yerli və beynəlxalq layihələrin
yazılması, idarəedilməsi istiqamətində gənclərin bilik, bacarıq və
təcrübələrinin artırılması, gənclər arasında zərərli vərdişlərin aradan
qaldırılması, sağlam həyat tərzinin təbliği, gənclərin əmək bazarının
tələblərinə uyğun düzgün peşə və ixtisas seçimi, sahibkarlıq haqqında
məlumatlılıq səviyyəsinin artırılması və regionlarda fəaliyyət göstərən gənc
ictimai liderlərin potensiallarının artırılması, istiqamətləri üzrə həyata
keçirilən layihələr çərçivəsində 10 şəhər/rayonda 34 təlim, 17 vörkşop/qrup
işi, 15 görüş, müxtəlif istiqamətlər üzrə dörd yarış, dörd intellektual oyun və
bir sərgi keçirilib.

Proqramın əsas məqsədi gənclərlə gənclər təşkilatları arasında birgə işin
artırılmasında vasitəçilik etmək, gənclərə vətənpərvərlik hisslərini mütəmadi
olaraq aşılamaq, gənclər təşkilatlarının fəaliyyətlərini stimullaşdırmaq,
həmçinin gənclərlə iş sahəsində araşdırmaların aparılmasına nail olmaqdan
ibarət olub.

Qeyd edək ki, proqramın yekunu olaraq AR Gənclər Fondunun İcraçı direktorunun
müavini Qədir Xəlilov və AR Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin nümayəndəsi Həsən Səmədovun iştirakı ilə bağlanış mərasimi
keçirilib. Tədbirdə NAYORA-nın sədri Azər Əliyev açılış nitqi ilə çıxış edərək
proqram haqqında ətraflı məlumat verib, həmçinin artıq proqramın yeni – ŞƏBƏKƏ
adı ilə fəaliyyət göstərəcəyini elan edib.

Proqrama uyğun olaraq tədbirin davamında hesabat videoçarxı təqdim olunub,
ŞƏBƏKƏ Proqramına yenidən layihələrin qəbulunun yaxın zamanda elan olunacağı
bildirilib. Ənənəyə sadiq qalaraq, yekunda proqramın qalibi olan təşkilatlar
təltif olunub və xatirə fotosu çəkilib.

Source link