415a8f86-15e2-455b-9bec-6260e2234542..jpg

G7 ölkələri xəbərdarlıq etdilər: “Bunun əvəzini ödəyəcəklər…”

Baxış sayı: 891 dəfə baxılıb.

G7 ölkələri xəbərdarlıq etdilər: “Bunun əvəzini ödəyəcəklər…”

“Ukraynaya qarşı müharibədə Rusiyaya kömək edənlər bunun əvəzini ağır
ödəyəcəklər”.

G7 xarici işlər nazirləri bununla bağlı xəbərdarlıq ediblər.

Bu barədə Yaponiyanın Karuidzava şəhərində keçirilən görüşün yekunlarına dair
kommünikedə deyilir.

İki gün davam edən danışıqlardan sonra dünyanın yeddi ölkəsindən olan
diplomatlar bəyan ediblər ki, Rusiyaya sanksiyalardan yayınmağa kömək edənlər
və silah dəstəyi göstərənlər bunun nəticəsini görəcəklər.

“Biz üçüncü tərəflərə Rusiyaya müharibədə dəstəyi dayandırmaq barədə
çağırışımızı təsdiq edirik. Ya da onlar bunun əvəzini ödəməlidirlər. Biz üçüncü
tərəflərin Rusiyaya silah ötürməsinin qarşısını almaq və buna cavab reaksiyası
vermək üçün koordinasiyamızı gücləndirəcəyik. Həmçinin Rusiyanı maddi cəhətdən
dəstəkləyənlərə qarşı da tədbirlər görməyə davam edəcəyik”, – deyə kommünikedə
qeyd olunub.

Nazirlər əlavə ediblər ki, Rusiyanın məsuliyyətsiz nüvə ritorikası və
Belarusda nüvə silahı yerləşdirmək vədi qəbuledilməzdir.

Mənbə: Yevropeyskaya pravda

Source link