Gediş kartını bədəninə implant edən haker cəzalandı – FOTO

Gediş kartını bədəninə implant edən haker cəzalandı – FOTO

Baxış sayı: 2. 111 dəfə baxılıb.

Avstraliyada nəqliyyat kartının çipini çıxararaq əlinə implant edən bio-haker ifşa olunub.

ÇıxışYolu.Com xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Meov-Ludo Disko Qamma  bu müasir texnologiya ilə uzun müddət avtobus və metrodan kartsız istifadə edib.

Bunun üçün o, “Opal” ümumi nəqliyyat kartının çipini 10 mm x 6 mm ölçüdə kəsərək, xüsusi plastik təbəqəyə sarıyıb və peşəkar pirsinqçinin köməyi ilə əlinə daxil edib.

Meov-Ludonu sosial şəbəkələrdə öz texnologiyasını təbliğ etdiyindən, Nyu Saut Uels bölgəsinin nəqliyyat departamenti tərəfindən ifşa olunaraq məhkəməyə verilib.

Avstraliya məhkəməsi onu 170 avstraliya dolları məbləğində cərimələyib və üzərinə ödənilməmiş gediş haqqlarına görə, dövlətə 1000 avstraliya dolları təzminat ödəmək öhdəliyi qoyub.

Qeyd edək ki, bio-hakerlər və ya bədən hakerləri, müxtəlif bədən hissələrinə çiplər, maqnitlər və digər texnologiyalar implant edən insanlar sayılır.

.
www.ÇıxışYolu.Com