3bf03a3b-5b09-4333-bad8-f5ad87502334..jpg

Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560 minlik iddia…

Baxış sayı: 633 dəfə baxılıb.

Generalın tutdurduğu iş adamının ifadəsi: 10 milyon avroluq kredit vədi, 560
minlik iddia…

Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi,
general-mayor Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı 400 min manata
yaxın dələduzluqda ittiham olunan Vladimir Müslümova səkkiz il həbs cəzası
verilib.

“Qaynarinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad
Məcidovun sədrliyi ilə keçirilən iclasda dələduzluqda ittiham olunan Vladimir
Müslümov ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, 2002-ci ildən
tikinti işləri ilə məşğuldur. Bakı şəhərinin bir çox ərazilərində yaşayış
binalarını şərikli olaraq tikib. 2018-ci ildə Moskvada məhdud məsuliyyətli
cəmiyyət (MMC) təsis edib. Həbs olunana qədər həmin MMC-nin direktoru
vəzifəsində işləyib.

Vladimir Müslümov şəriki Tahirlə, həmçinin Raqif və Emin adlı şəxslərlə bina
tikmək istəyib. Lakin bunun üçün yer olsa da, pul olmayıb. Həmin ərazilərə dair
sənədlər də olmayıb. Pul tapacağı halda yeri alıb, bina tikməyi planlaşdırıb.

2021-ci ilin yanvar ayında Tahir vəfat edib. Bundan sonra Yaşar adlı şəxs onu
Tahirin qudası, general-mayor Vəzir Həsənovla görüşdürüb. Görüşdə Vəzir Həsənov
söz verib ki, binanın inşa edilməsi üçün ona bankların birində 10 000 000 avro
kredit verilməsinə kömək edəcək, bunun əvəzində isə Vəzir Həsənova inşa
ediləcək binada ev veriləcək, bankdan götürəcəyi krediti isə şərikləri ilə
birlikdə binanı tikib, satdığı mənzillərin hesabına əldə olunacaq gəlirlərlə
ödəyəcək.

Vəzir Həsənov kreditin verilməsi üçün əlaqələrindən istifadə edəcəyini deyib
və Vladimir Müslümov ona inanıb. Bunun müqabilində binanın A blokunun 6-cı
mərtəbəsində 4 otaqlı, 178 kvadratmetr sahəsi olan, 391 754 manat dəyərində
mənzili pay verməsi barədə müqaviləni və şirkətə heç bir borcu olmadığı barədə
maliyyə arayışını özü tərtib edərək ona verib.

Bu sənədə əsasən, Vəzir Həsənov ona heç bir ödəniş etməyib. O, bu mənzili
generala bina tikmək üçün lazım olan krediti götürməyə kömək etməsinə görə
verib.

Vladimir Müslümov Vəzir Həsənovdan 2021-ci ilin aprel ayında 100 000 ABŞ
dolları borc alıb. Bu hadisə də Sumqayıt şəhərində baş verib.

Onların Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsində bina tikmək istədikləri
yerdə hazırda heç bir tikili yoxdur. Həmin yer qeyri-rəsmi olaraq onlara
məxsusdur. Bütün sənədlər Yusufov və Emin adlı şəxsdədir. Vladimir Müslümov,
sadəcə, MMC-ni yaradıb, sənədi Eminlə hazırlayaraq imza atıb, MMC-nin möhürü
ilə möhürləyiblər.

V.Müslümov bildirib ki, sənədin heç bir hüquqi əsası yoxdur. Vəzir Həsənova
verdiyi müqavilədə olan imza və möhür həqiqidir. Müqavilədə olan məlumatlar isə
həqiqəti əks etdirmir. Emin hazırda Rusiya Federasiyasının Moskva şəhərində
yaşayır. Onun barəsində vergi cinayətləri ilə bağlı cinayət işi başlanıb və
axtarışdadır. Həmçinin qeyd edib ki, həmin mənzil üçün generaldan 391 754 manat
pul almayıb, pay olaraq verib.

Vladimir Müslümov bildirib ki, generalın bacanağı İnqilab Əliyevi isə sonradan
tanıyıb. Ona da 2021-ci ilin aprel ayının 9-da Səbail rayonu, Xanlar küçəsi 117
ünvanında inşa ediləcək 18 mərtəbəli “PANORAMA BAYIL” yaşayış kompleksində 2
otaqlı, 80 kv.m-ə yaxın mənzil satacağına dair yalan vəd verməyi həqiqəti əks
etdirmir və ondan 100 dollar pul almayıb.

Vladimir Müslümov etiraf edib ki, 100 min dollar pulu yalnız generaldan alıb.
Həmin vəsaiti Eminə verib ki, gedib Rusiyada pul götürmək üçün işlər görsün.
Vəzir Həsənova müqavilədəki ev bina tikiləndən sonra ona verilməli imiş. Lakin
sonradan general onlara kredit verilməsini təşkil etmədiyinə görə işləri
alınmayıb, bu zaman İnqilab Əliyev borc müqaviləsi yazdırıb ki, əlində sənəd
olsun.

Proses iştirakçılarının suallarını cavablandıran təqsirləndirilən şəxs
bildirib ki, o, istintaq zamanı üç dəfə ifadə verib. Vəzir Həsənovla 15 dəfə
görüşüb və pulu birdəfəyə alıb. General ona cəmi 100 min dollar borc verib.
Bankdan kredit götürə bilmədiyinə görə işlərini davam etdirə bilməyib.

Qeyd edək ki, general Vəzir Həsənov 2022-ci ildən Dövlət Gömrük Komitəsinin
Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisidir. O, əvvəllər Tovuz Gömrük
İdarəsinin və Sumqayıt Gömrük İdarəsinin rəisi olub.

General izahatında bildirib ki, 391 754 manat pul ona məxsusdur və həmin
məbləği dördotaqlı mənzilə görə Nərimanov rayonu, Yaşar Hüseynov küçəsində
Vladimir Müslümova verib. Bacanağı üçün də 2 otaqlı mənzil almaq üçün birlikdə
560 000-ə yaxın məbləğdə pul ona ödəyiblər. General həmçinin əlavə edib ki,
Vladimir Müslümov üçün bankdan kredit götürülməsi və onun şirkətində şərik
olması ilə bağlı ifadəsi yalandır. Onun Vladimir Müslümovla işbirliyi, biznes
planı qətiyyən olmayıb.

Source link