7a753775-c58e-47d4-88ed-869eb43ffcc0..jpg

Gimnastımız Zöhrə Ağamirova dünya kubokunun finalına yüksəlib

Baxış sayı: 1. 231 dəfə baxılıb.

Gimnastımız Zöhrə Ağamirova dünya kubokunun finalına yüksəlib

Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku turnirində Zöhrə
Ağamirova finala vəsiqə qazanıb.

Təsnifat mərhələsində 30 900 xal toplayan gimnastımız altıncı yeri tutaraq
finala yüksələ bilib.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel
tarixləri arasında 3 gün davam edəcək.

Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri
proqramında çıxış edirlər.

Mənbə: Trend

Source link