bcaf5d18-0720-4028-bd5c-643c14dc8a0f..jpg

Goranboyda xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Baxış sayı: 515 dəfə baxılıb.

Goranboyda xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən şəxslər saxlanılıb

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən
əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən fərdi
təsərrüfatdan 35 baş xırdabuynuzlu heyvan oğurlamaqda şübhəli bilinən Bakı
şəhər sakinləri Səbuhi Abdullayev, Daşqın Qəmbərov və Tərtər rayon sakini
Rövşən Muxtarov saxlanılıblar.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu
məlumat yayıb.

Bildirilib ki, dindirilmə zamanı həmin şəxslər törətdikləri əməli etiraf
edərək oğurluq yolu ilə ələ keçirdikləri xırdabuynuzlu heyvanları satdıqlarını
və əldə etdikləri pulları öz aralarında böldüklərini bildiriblər.

Faktla bağlı Goranboy RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb,
araşdırmalar davam etdirilir.

Source link