Göygöldə 73 kq partlayıcı maddə aşkarlanıb – FOTO

Göygöldə 73 kq partlayıcı maddə aşkarlanıb – FOTO

Baxış sayı: 3. 271 dəfə baxılıb.

Bu gün saat 12:04-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Göygöl rayonunun Mollacəlilli kəndi ərazisində partlayıcı maddənin tapılması barədə məlumat daxil olub.

ANAMA-dan ÇıxışYolu.Com-a verilən məlumata görə, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Ərazidə məişət tullantıları sahəsinə baxış keçirilib, operativ əməliyyat axtarış tədbirləri nəticəsində 34 polietilen və 3 karton bağlamada ümumi çəkisi 73 kq (TNT ekvivalenti 75.19 kq) olan partlayıcı maddə (ammonit № 6 JV-200) aşkar olunub.

Partlayıcı maddə zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

www.ÇıxışYolu.Com