Gözəllik müsabiqəsinin finalisti 18 yaşlı qızı satmaq istədi

Gözəllik müsabiqəsinin finalisti 18 yaşlı qızı satmaq istədi

Baxış sayı: 3. 174 dəfə baxılıb.

“Missis Rusiya 2017” gözəllik müsabiqəsinin finalistinə qarşı insan alveri ilə bağlı cinayət işi açılıb.

ÇıxışYolu.Com “Gazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin “Telegram” kanalında məlumat yayılıb.

Adı açıqlanmayan model, 18 yaşlı qızı cinsi istismar məqsədilə ölkə xaricinə satmağa çalışıb.

“Artıq iki qadına qarşı cinayət işi açılıb, onlar Rusiya CM-nin 127.1-ci maddəsinin 1-ci (insan alveri) maddəsi üzrə ittiham olunurlar”, – deyə məlumatda deyilir.

İstintaq məlumatlarına görə, martın 1-də Domodedovo aeroportunun ərazisində adı açıqlanmayan model ölkə xaricində cinsi istismara verilməsi məqsədilə 1999-cu il təvəllüdlü qızı 1,5 milyon rubla satıb.

Alıcının sosial şəbəkə vasitəsilə işfa edildiyi bildirilir.

Şübhəlilər Rusiya hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən saxlanılıb, modelə qarşı həbs-qətimkan tədbiri seçilib.

.
www.ÇıxışYolu.Com