49fdd701-9a80-489a-97d7-d9c060cc03fb..jpg

Güney Azərbaycan türklərinin Brüsseldə keçirilən aksiyasında BƏYANAT səsləndirilib – FOTO/VİDEO

Baxış sayı: 965 dəfə baxılıb.

Güney Azərbaycan türklərinin Brüsseldə keçirilən aksiyasında BƏYANAT
səsləndirilib – FOTO/VİDEO

Bu gün Belçikanın paytaxtı Brüsseldə Avropa Parlamentinin binası qarşısında
Avropada yaşayan Güney Azərbaycan türklərinin iştirakı ilə “Azadlıq və ədalət
yürüşü” adlı mitinq keçirilib.

Mitinq başa çatdıqdan sonra iştirakçılar tərəfindən Bəyanat səsləndirilib.

Bəyanatda deyilir:

“Azad dünyanın ictimai rəyinə çatdırılır.

Yüz ilə yaxındır ki, İranı idarə edən şovinist və faşist hökumətlər qeyri-fars
millətlərə qarşı müstəmləkəçilik və istismar siyasətini ən ifrat şəkildə həyata
keçiriblər. Bu yüz il ərzində İranda zülm altındakı xalqların sivilizasiya,
tarixi sərvətlər, iqtisadiyyat, təbii sərvətlər, siyasi hüquqlar və bir sözlə
varlığı talan edilmiş və onların hər hansı bir haqq hüquq tələbi uğrunda
başlatdığı hərəkatları ən şiddətli şəkildə repressiyaya məruz qalmışdır.

Pəhləvi rejimi zülm altındakı xalqlara, xüsusən də Azərbaycan Türk Millətinə
və İranın digər Türk toplumlarına ən ağır təzyiqlər göstərmiş, hətta
Azərbaycanın tarixi abidələrini sistemli şəkildə məhv etməyə qədər gedib
çıxmışdır. Azərbaycan Türk milləti azadlıq və ədalətə qovuşmaq ümidi ilə
Pəhləvi rejiminin devrilməsində mühüm rol oynadı, lakin təəssüf ki, İslam
Respublikası rejimi dövründə nəinki heç bir şey düzəlmədi, hətta milli faşizmə
irqi faşizm də əlavə olundu.

Məşrutə İnqilabından bu yana davamlı olaraq öz hüquqları uğrunda mübarizə
aparan Azərbaycan Türk Milləti 1979-cu il inqilabında Vilayət-i-Fəqih sisteminə
yox demiş, Məşrutiyyət anayasasının mütərəqqi Əyalət və Vilayət Əncümənləri
qanunun həyata keçirilməsini tələb etsə də, rejimin cavabı güllə və
repressiyadan başqa bir şey olmamışdır.

Hazırda İslam Respublikası rejiminin iflas həddinə çatmışdır və hər cür
böhranla qarşı-qarşıya qalan İranın müxtəlif bölgələrində yaşayan xalqlar
aylardır rejimə qarşı üsyan ediblər. Son aylardakı etirazlarda Azərbaycan Türk
Milləti və digər Türk toplumlar, Qaşqay Türklərindən tutmuş Tehran, Qəzvin,
Zəncan və Təbrizə qədər yüzlərlə övladını bu cinayətkar rejimə qarşı mübarizə
yolunda qurban veriblər.

Bu gün İranda bütün məzlum xalqlar ümumbəşəri qanunlar və hüquqlar
çərçivəsində öz pozulmuş hüquqlarını bərpa etmək, azad və ədalətli şəraitdə
fərdi və milli həyatlarını davam etdirmək əzmindədirlər və bu yolda ağır
bədəllər ödəyirlər.

Səbəbsiz deyil ki, bu gün dünyanın gözü İran xalqlarındadır və dünya onların
mübarizəsinə heyranlıqla baxıb onu yüksək qiymət verir. Hərçənd bu inqilabda da
ayrı-seçkilik və ikili standard az deyildir. Xüsusən də mürtəce bir cərəyanın
inhisarında olan xaricdəki farsdilli mediasının məzlum xalqlara xüsusən də
Güney Azərbaycan Türk Millətinə qarşı ritorikası onların mübarizələrini boykot
etməkdə və senzura tətbiq etməkdə rejim mediasından çox da fərqli siyasət
götürmür.

Son aylarda beynəlxalq sahədə, o cümlədən Türk Dövlətləri Təşkilatında Güney
Azərbaycan xalqına edilən zülmün səsi olmağa çalışan yeganə dövlət adamı
Prezident İlham Əliyev olmuşdur. Biz buradan prezident cənablarından təşəkkür
edib minnətdarlığımızı bildiririk və möhtərəm prezidentdən Güney Azərbaycanın
səsini daima əks etdirməsini, beynəlxalq sahələrdə haqqımızı müdafiə etməyə
davam etməsini xahiş edirik.

Bu gün Güney Azərbaycan şəhərlərinin küçələrində “Azadlıq, Ədalət, Milli
Hökumət” şüarı ilə həyatları bahasına hüquqlarını bağıran gənclərin səsi olmaq
üçün buraya toplaşmışıq. Bu gün İranda bütün məzlum xalqların bir sıra ortaq
məqsədləri və tələbləri olsa da ancaq hər bir xalqın öz tələbləri vardır. Güney
Azərbaycan Türklərinin başlıca tələblərinin bu bəyanat vasitəsilə elan edirik:

1. Biz bütün dünya ölkələrini İran İslam Respublikası rejiminin legitimliyini
rədd etməyə və İslam Respublikası rejimi ilə siyasi və iqtisadi əlaqələrini
dayandırmağı tələb edirik.

2. Biz İranın orta əsr zehniyyətli və şovinist rejiminin nüvə və kütləvi
qırğın silahları əldə etmək cəhdlərini pisləyirik və bunu təkcə demokratik
dünya və qonşu ölkələr üçün deyil, hətta İranda yaşayan xalqların varlığı üçün
potensial təhlükə hesab edirik. Ona görə də, biz dünya dövlətlərindən İran
rejimi ilə razılaşma siyasəti aparmaqdan vazkeçib ciddi qabaqlayıcı tədbirlər
görmələrini tələb edirik.

3. İran rejimi ölkədə dinc etirazlar zamanı minlərlə günahsız insanı həbs
edib. Aksiya iştirakçılarına qarşı şiddətli repressiya sərgiləyib. Biz
beynəlxalq ictimaiyyat və insan haqları təşkilatlardan İranda həbsdə olanların
azad edilməsi üçün İran rejiminə qarşə təzyiq göstərməyi vəbu istiqamətdə
lazimi atdımları aparmağı tələb edirik.

4. İran rejimi davamlı olaraq, qonşu ölkələrdə terror aktları törədir və ölkə
daxilində olan xarici vətəndaşlra qarşı, adam oğurluğu cinayəti və terror
aktları törədir. Azərbaycan Respublikasının Tehrandakı səfirliyinə silahlı
hücumu da bunun ən son nümunələrindən biridir. Biz bütün dünya ölkələrindən bu
məsələyə ciddi yanaşmasını və İran rejiminin əsas hərbi və iqtisadi qolu olan
Sepah-ı terror siyahısına salmasını tələb ediririk. Qeryd edək ki, İran İslam
İnqilabı Keşikçiləri Korpusu – Sepah, yaxın Şərqdə və hətta dünyada terrorun
yayılmasında əsas məsul təşkilatdır.

5. Biz İran rejiminin Azərbaycan Respublikasına qarşı aqressiv ritorikasını və
təhdidlərini pisləyir və bütün gücümüzlə Azərbaycan Respublikasının yanında
olduğumuzu bildiririk.

6. Biz İran rejiminin Moskvanın Ukraynaya qarşı müharibəsinə dəstək verməsini
və Rusiyaya hərbi yardımını pisləyir və Ukraynanın ərazi bütövlüyünü
dəstəkləyirik.

7. İran rejimi bilərəkdən qadın və qızlara qarşəı ən qəddar və vəhşi
cinayətlərlə əl atır, onlara qarşı kimyəvi hücümlar təşkil edir. Biz azad
dünyadan İran rejiminin bu orta əsr vəhşiliyinə biganə qalmamasını və etiraz
səsini yüksəltməsini istəyirik .

8. Biz dünya ölkələrindən İran toplumunun plüral və çoxmillətli olduğunu qəbul
etmələrini və İran vətəndaşları ilə münasibətlərdə bu məsələni nəzərə
almalarını istəyirik. İran coğrafiyası çox millətli və çox mədəniyyətli ölkə
olduğuna görə bütün millətlərin dillərinin rəsmi olmasını tələb edirik. Tək
millət, tək dil, tək vətən ideolujisinin əleyhinəyik.

9. Biz İran rejiminin qeyri-fars millətlərin və xüsusilə Azərbaycan, Qəşqayi,
Türkmən, Xorasan və digər Türklərin assimilyasiyası istiqamətində
müstəmləkəçilik siyasətinin davam etdirməsini pisləyirik.

10. İranda müstəmləkəçiliyə məruz qalan xalqların beynəlxalq qanunlar və hüquq
çərçivəsində öz müqəddəratlarını təyin etmə tələbləri var. “Azadlıq, Ədalət,
Milli Hökumət” şüarı bu gün Güney Azərbaycanda, Qaşqyilərdə ,Türkmənlərdə ən
çox eşidilən və əslində tələblərimizi yekunlaşdıran şüardır. Dünyanın azadlıq
sevər insanlarından biz türklərin qanuni tələblərinin əldə edilməsi uğrunda
mübarizəmizə dəstək verməsini istəyirik.

11. İran rejimi təbiət və ətraf mühitin qatilidir. Bu rejim bütün İranda
təbiəti və ətraf mühiti məhvni edib. Urmiyə gölünün qəsdən qurudulması Güney
Azərbaycanda genişmiqyaslı ekoloji fəlakətə çevrilibş on milyonlarla insanın
həyatına təhlükə yaradılıb və ətrafda olan bütün canlılara və ekologiyaya ciddi
ziyan vurur. Biz beynəlxalq ictimaiyyətdən Urmu gölünü xilas etmək üçün çox gec
olmadan İran rejiminə təzyiq göstərmələrini istəyirik.

12. Son etirazlar zamanı Güney Azərbaycanda və İranın digər Türk bölgələrində
özəlliklə Qəşqayi Türkləri arasında çox sayda gəncimiz şəhid olub yüzlərlə
yaralı və minlərlə soydaşımız qanunsiuz həbs edilib. Bunlar hamisi daxili və
xarici İran opozision qüvvələri media qurumlarlı tərəfindən baykot olunaraq,
geniş şəkildə gündəmə gətirilməyib. Biz Azərbaycan Türklərinə və İranda yaşayan
digər Türklərə qarşı belə ayrı seçkilik siyasəti pisləyirik və şiddətlə
qınayırıq.

Azadlıq, Ədalət, Milli hökumət!

Yaşasın azadlıq və ədalət!

Məhv olsun orta əsr zehniyyətli İran İslam Respublikası!”


Source link