Gürcüstanda məmurlara “qara cip” qadağası

Gürcüstanda məmurlara “qara cip” qadağası

Baxış sayı: 4. 375 dəfə baxılıb.

Gürcüstan hökuməti dövlət qulluqçularına qara rəngli xidməti avtomobillərdən istifadə etməyi qadağan edib.

ÇıxışYolu.Com-ın xəbərinə görə, bu barədə müvafiq qərar hökumətin rəsmi saytında yerləşdirilib.

Xatırladaq ki, fevral ayında Gürcüstanın baş naziri dövlət qulluqçularını “qara cip dövrünə” son qoymağa çağırıb. 

O bildirib ki, tədricən ekoloji təmiz nəqliyyat vasitələrindən istifadəyə keçmək lazımdır.

Dəyişliklərə əsasən, bütün nazirliklər və dövlət qurumları aprelin sonuna qədər avtoparkların təkmilləşdirilməsi və ekoloji təmiz nəqliyyat vasitələrinin alınmasına dair plan təqdim etməlidirlər.

www.ÇıxışYolu.Com