Gürcüstandan Azərbaycana ixrac edilən dərmanların qiyməti artıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Gürcüstan 2022-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycana 17,8 milyon
ABŞ dolları dəyərində 417,26 ton dərman ixrac edib.
APA-nın Tbilisi müxbiri Gürcüstanın Milli Statistika İdarəsinə istinadən xəbər
verir ki, hesabat dövründə Azərbaycana ixrac edilən məhsulun dəyəri illik
ifadədə 2,9 milyon və ya 19,4% artıb, həcmi isə 83,12 ton və ya 16,6% azalıb.
Belə ki, 2022-ci ilin ilk 9 ayı ərzində Gürcüstan Azərbaycana 14,9 milyon
dollar dəyərində 500,38 ton dərman ixrac edib.
Cari ilin ilk 9 ayı ərzində Gürcüstan ümumilikdə 82,1 milyon dollar dəyərində
dərman ixrac edib ki, bu da illik müqayisədə 7,4% çoxdur.