9198d3c1-20f6-4fe7-852b-2ef5966f2bb0..jpg

Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir” – FOTO

Baxış sayı: 824 dəfə baxılıb.

Hərbi Prokurorluq: “Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri
davam etdirilir” – FOTO

“Kütləvi məzarlıqlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

“Report” xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi
Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev
deyib.

O xatırladıb ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi ilə hərbi və siyasi-diplomatik yolla 30 ilə yaxın müddətdə işğal
altında olan tarixi torpaqlarımız azad olunub: “Azərbaycan Prezidentinin
rəhbərliyi, Birinci vitse-prezidentMehriban Əliyevanın dəstəyi və xalqımızın
əzmkarlığı ilə həmin ərazilərdə yüksək intensivliklə abadlıq-quruculuq işləri
həyata keçirilir.

Hərbi Prokurorluq tərəfindən, Dövlət Təhlükəsizliyi Xidmətinin, Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının,
Beynəlxalq Qızıl Xaç Komitəsinin və digər müvafiq qurumların nümayəndələri ilə
birlikdə Şuşa rayonunun Daşaltı kəndi, Xocavənd rayonunun Edilli kəndi, Ağdam
rayonunun Sırxavənd kəndi, eləcə də Xocalı rayonunun Fərrux kəndi və digər
ərazilərdə aparılmış müvafiq axtarış tədbirləri nəticəsində aşkarlanan kütləvi
məzarlıqlardan Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş şəxslərə məxsus
olması ehtimal olunan xeyli sayda insan meyitinin qalıqları ekshumasiya edilib,
həmin meyit qalıqları ilə bağlı məhkəmə-tibbi kriminalistik və məhkəmə
molekulyar-genetik ekspertizaları təyin edilərək icraya yönəldilib və digər
zəruri hərəkətlər yerinə yetirilib.

Qeyd etmək lazımdır ki, Baş prokurorun müavini-Hərbi prokuror, ədliyyə
general-leytenantı Xanlar Vəliyev 2022-ci il oktyabrın 26-da qeyd olunan
ərazilərə gedərək həmin cinayət işinin istintaqının gedişatı ilə yerində
maraqlanıb, müvafiq tövsiyələr və tapşırıqlar verib”.

Firad Əliyev

Hərbi prokurorun böyük köməkçisi bildirib ki, Ermənistanın silahlı qüvvələri
və qanunsuz erməni silahlı birləşmələri tərəfindən xalqımıza qarşı törədilmiş
sülh və insanlıq əleyhinə olan, müharibə, terrorçuluq, qəsdən adam öldürmə və
digər cinayət faktları ilə bağlı Azərbaycan Respublikasının Hərbi
Prokurorluğunda Cinayət Məcəlləsinin 103-cü (Soyqırımı), 120.2.12-ci (Milli,
irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə) və digər
maddələri ilə istintaq olunan cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri
Baş prokuror, birinci dərəcəli dövlət ədliyyə müşaviri Kamran Əliyevin nəzarəti
və Baş prokurorun müavini- Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar
Vəliyevin ibtidai araşdırmaya prosessual rəhbərliyi ilə davam etdirilir:

“Qanunvericiliyin və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş norma və
prinsiplərinin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin
ediləcək.

Qeyd edək ki, aprelin 18-i Başlıbel qətliamının 30 illiyidir. 2021-ci ildə
Başlıbeldə kütləvi məzarlıq, Edilli və digər yerlərdə insan sümükləri tapılıb.

Ermənistan dinc azərbaycanlı əhaliyə qarşı törətdiyi bütün cinayətlərə görə
məsuliyyətdən qaça bilməyəcək. Hər bir fakt Azərbaycan dövləti tərəfindən qeydə
alınır, ciddi araşdırılır, cinayət işləri qaldırılır. Vətən müharibəsi dövründə
də Gəncədə dinc əhaliyə qarşı Ermənistanın raket hücumları olub.

Prezident İlham Əliyev 2021-ci ilin sentyabrında BMT Baş Assambleyasının 76-cı
sessiyasının illik ümumi müzakirələrində çıxışı zamanı Başlıbel qırğınını
xüsusi vurğulayıb, kütləvi məzarlıqlar mövzusunu BMT səviyyəsinə qaldırıb,
Xocalı soyqırımının 30-cu ildönümü haqqında 2022-ci il 28 yanvar tarixli
Sərəncamında da Başlıbel qətliamını xatırladıb.

Başlıbel hadisəsində düşmənə qarşı güclü müqavimət, doğma yurda bağlılıq və
fədakarlıq göstərilib.

1993-cü ildə Kəlbəcər milli xəyanət nəticəsində işğal olunub və Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyevin mahir diplomatiyası sayəsində 2020-ci
ildə sərt iqlimə və mürəkkəb coğrafi relyefə, hündür dağlara malik Kəlbəcər
şəhid vermədən azad edilib”.

Source link