5f32406f-82d6-4e5b-b2ee-2c18a7b315ea..jpg

Hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər – VİDEO

Baxış sayı: 720 dəfə baxılıb.

Hərbi vəzifəlilər praktiki atış çalışmalarını icra ediblər – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün hazırlıq planına əsasən, “N”
hərbi hissəsində ehtiyatda olan bir qrup hərbi vəzifəlinin döyüş vərdişlərinin
təkmilləşdirilməsi məqsədilə keçirilən təlim toplanışı davam edir.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin, bilik və bacarıqlarının
artırılması məqsədilə keçirilən toplanışda müxtəlif tapşırıqlar yerinə
yetirilir.

Toplanış zamanı hərbi vəzifəlilərə silahların taktiki-texniki xüsusiyyətləri,
natamam sökülüb-yığılma və istifadə qaydaları öyrədilib.

Həmçinin hərbi vəzifəlilər təlim sahəsində silahların döyüşə hazır vəziyyətinə
gətirilməsi, atəş mövqeyinin tutulması və şərti düşmən hədəflərinin aşkar
olunaraq düzgün nişanalma qaydalarına əməl etməklə məhv edilməsi üzrə
tapşırıqları uğurla icra ediblər.


Source link