443c0da3-3d75-4659-84c9-95dc39d874d4..jpg

Haaqa Beynəlxalq Məhkəməsi Putinin həbsinə order verdi

Baxış sayı: 1. 040 dəfə baxılıb.

Haaqa Beynəlxalq Məhkəməsi Putinin həbsinə order verdi

Haaqa Beynəlxalq Cinayət Məhkəməsi Rusiya Prezidenti Vladimir Putinin, eləcə
də Rusiyanın uşaq hüquqları üzrə komissarı Mariya Lvova-Belovanın həbsi üçün
beynəlxalq orderlər verib.

Bu barədə qurumun press-relizində deyilir.

Məhkəmə izah edir ki, Putin və Lvova-Belova ukraynalı uşaqları qanunsuz
deportasiya etməkdə şübhəli bilinirlər.

Xatırladaq ki, hələ cümə axşamı Birləşmiş Millətlər Təşkilatının Təhqiqat
Komissiyası bəyan etmişdi ki, ukraynalı uşaqların Rusiyaya aparılması müharibə
cinayəti sayıla bilər.

Mənbə: BBC

Source link