Hadisə qazandığı milyonları xaricdə gizlədir?

Hadisə qazandığı milyonları xaricdə gizlədir?

Baxış sayı: 3. 430 dəfə baxılıb.

Adına heç bir və mülk olmadığı ortaya çıxan türkiyəli müğənni Hadisə Açıkgözün bütün əmlaklarını və pullarını xaricdə saxladığı iddia edilir.

ÇıxışYolu.Com xəbər verir ki, bu faktlar ifaçının Bodrumda işlətdiyi “La Plaj” adlı çimərliyin sahibləri ilə məhkəmə prosesi zamanı ortaya çıxıb.

2008-ci ildən Türkiyədə fəaliyyət göstərən ifaçının qazandığı pulların sayı isə eşidənləri məəttəl qoyur.

Belə ki, Açıkgöz 10 il içərisində tekstil, kosmetika və qida sektorunda səkkiz brendlə təxminən 10 milyon lirəlik müqavilə imzalayıb.

“O səs Türkiyə” yarışmasında səkkiz mövsüm jürilik edən ifaçı, beş ay ərzində baş tutan çəkilişlərdən 85 min lirə pul qazanıb. Onun yarışmanın bir mövsümündən əldə etdiyi gəlir isə 1.7 milyon lirə edir.

Ayda dörd dəfə konsert verən Hadisənin səhnə qiyməti isə 100 min lirədir. Alış-veriş mərkəzlərindəki tədbirlər üçün 50 min lirə, Kiprdəki konsertlərdə iştirak üçün isə 150 min lirə qazanc əldə edir. Açıkgözün illik konsert qazancı isə 4 milyon lirəni keçir.

.
www.ÇıxışYolu.Com