Hakan Fidan: “Regional sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında
sülh sazişindən keçir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Regional sabitliyə gedən yol Azərbaycan və Ermənistan arasında imzalanacaq
hərtərəfli sülh sazişindən keçir”.
Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Tehranda “3+3” platformasının
xarici işlər nazirlərinin görüşündə deyib.
O, regional kommunikasiyaların açılmasının normallaşma prosesini və sülhün
əldə olunmasını sürətləndirəcəyini vurğulayıb.