Hakimi təhqir edən futbolçumuza – AĞIR CƏZA

Hakimi təhqir edən futbolçumuza – AĞIR CƏZA

Baxış sayı: 6. 821 dəfə baxılıb.

AFFA İntizam Komitəsi I Divizionda çıxış edən “Şüvəlan” komandasının futbolçusu Mirkamil Həşimini 4 oyunluq cəzalandırıb.

ÇıxışYolu.Com xəbər verir ki, buna səbəb 22 yaşlı yarımmüdafiəçinin XIX turda “Turan Tovuz”la səfər matçının 90+4-cü dəqiqəsində hakimi təhqir etməsidir.

Futbolçuya verilən cəza ilə yanaşı, “Şüvəlan” 320 manat cərimələnib.

Qeyd edək ki, oyun “Turan Tovuz”un 1:0 hesablı qələbəsi ilə başa çatıb.

.
www.ÇıxışYolu.Com