“Hakken”in futbolçusu: “Qarabağ”a qalib gəlmək şansımız böyükdür”
“Bacarığımızı göstərə bilsək, qələbə qazanmaq şansımız böyükdür”.
“Report” xəbər verir ki, bunu İsveçin “Hakken” klubunun futbolçusu Yohan
Hammar evdə “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Avropa Liqasının qrup
mərhələsinin II turunun oyunu ilə bağlı danışarkən deyib.
29 yaşlı müdafiəçi doğma meydanda bu turnirin himnini eşitməyin onlar üçün
xüsusi olacağını bildirib:
“Bizi güclü rəqibə qarşı əla matç gözləyir”.
Qeyd edək ki, bu gün “Ullevi” stadionunda reallaşacaq qarşılaşma Bakı vaxtı
ilə saat 23:00-da başlayacaq.