7496fd64-f30a-49a4-8ac3-843785d08f73..jpg

Hava limanında işə düzəltmək adı ilə 6 nəfərin pulunu ələ keçirən şəxs tutulub – FOTO/VİDEO

Baxış sayı: 699 dəfə baxılıb.

Hava limanında işə düzəltmək adı ilə 6 nəfərin pulunu ələ keçirən şəxs tutulub
– FOTO/VİDEO

Vətəndaşların etibarından sui-istifadə edərək onları işə düzəltmək adı altında
aldadan və müxtəlif məbləğlərdə pul vəsaitlərini ələ keçirən əvvəllər məhkum
olunmuş Rahil Fərəcov saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, əməliyyat Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis
İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilib.

Araşdırmalar zamanı müəyyən edilib ki, Rahil Fərəcov insanların sıx toplaşdığı
yerlərdə özünü hava limanının əməkdaşı kimi təqdim edib və həmin yerə işçi
axtardığını bildirib. Ona müraciət edən şəxsləri isə Rahil Fərəcov hava limanı
ərazisinə gətirib və guya onları işlə təmin edəcəyinə dair yalan vədlər verərək
pullarını ələ keçirib. Bu yolla saxlanılan şəxsin 6 nəfəri aldatdığı müəyyən
edilib.

Aşkar edilən faktlarla bağlı Hava Nəqliyyatında Polis İdarəsində araşdırma
aparılaraq toplanmış materiala hüquqi qiymət verilməsi üçün məhkəməyə
göndərilib. Rahil Fərəcovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar
varsa, Daxili İşlər Nazirliyinə, Hava Nəqliyyatında Polis İdarəsinə, “102”
Xidməti-Zəng Mərkəzinə və ya nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə
müraciət edə bilərlər.


Source link