4238eb3a-7658-4ac5-98f8-4e9c96a52510..jpg

Hesablama Palatası ötən il 6 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə müraciət edib

Baxış sayı: 530 dəfə baxılıb.

Hesablama Palatası ötən il 6 nəzarət tədbiri üzrə Baş Prokurorluğa və DTX-yə
müraciət edib

Hesablama Palatası ötən il 4 nəzarət tədbiri üzrə Baş Prokurorluğa, 2 nəzarət
tədbiri üzrə isə Dövlət Təhlükəsizlik Xidmətinə (DTX) müraciət edib.

“Report” xəbər verir ki, bu barədə Palatanın ötənilki fəaliyyəti ilə bağlı
hesabatda bildirilir.

Sənədə əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət
Agentliyinin, Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin, Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun, Gənclər
və İdman Nazirliyinin fəaliyyətində aşkar olunmuş nöqsanlarla bağlı Baş
Prokurorluğa, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin,
Mədəniyyət Nazirliyinin Gəncə Regional Mədəniyyət İdarəsinin fəaliyyətində
aşkar olunmuş nöqsanlarla bağlı isə DTX-yə müraciət olunub.

Source link