9512b114-4964-45b6-980d-ad1352ac3eb5..jpg

Hikmət Hacıyev: “TDT ölkələri prezidentlərinin köməkçiləri yeni dialoq mexanizmini işə salıblar” – FOTO

Baxış sayı: 541 dəfə baxılıb.

Hikmət Hacıyev: “TDT ölkələri prezidentlərinin köməkçiləri yeni dialoq
mexanizmini işə salıblar” – FOTO

TDT ölkələri prezidentlərinin köməkçiləri və diplomatik müşavirləri yeni
dialoq mexanizmini işə salıblar.

Cixisyolu.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident
Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev
“X” sosial şəbəkəsindəki hesabında yazıb.

O bildirib:

“Türk Dövlətləri Təşkilatı çərçivəsində TDT sammitlərinin baxış və strateji
məqsədlərinə çatmaq üçün biz prezidentlərin köməkçiləri və diplomatik
müşavirləri səviyyəsində yeni dialoq və məsləhətləşmələr mexanizmini işə
saldıq”.

Qeyd edək ki, Türkiyənin İstanbul şəhərində Azərbaycanın təşəbbüsü ilə Türk
Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin dövlət başçılarının xarici siyasət
məsələləri üzrə köməkçiləri/məsləhətçilərinin qeyri-rəsmi görüşü keçirilib.

Within the Organization of Turkic States @Turkic_States
we launched new
mechanism of diloague and consultations at the level of assistants and
diplomatic advisors of Presidents to catch up with the vision and strategic
goals of Summits of OTS.pic.twitter.com/YBLYY6rWb6
— Hikmet Hajiyev (@HikmetHajiyev) September 2, 2023

Source link