Hökumət parlamentarilər qarşısında hesabat verir

Hökumət parlamentarilər qarşısında hesabat verir

Baxış sayı: 2. 852 dəfə baxılıb.

Bu gün Milli Məclisin (MM) növbəti plenar iclası öz işinə başlayıb.

ÇıxışYolu.Com xəbər verir ki, iclasda hökumətin – Nazirlər Kabinetinin növbəti hesabatı dinlənilir.

İclası açan spiker Oqtay Əsədov qeyd edib ki, ölkə prezidentinin uğurlu iqtisadi inkişaf strategiyası ölkədə makroiqtisadi sabitliyi qoruyub-saxlamağa imkan verib: 

“Azərbaycan xalqı 2017-ci ildə sabit və təhlükəsiz şəraitdə yaşayıb. 

Ölkədə sistemli islahatlar uğurla davam etdirilib. 

Aparıcı təşkilatlar, reytinq mərkəzləri bu uğurları yüksək qiymətləndirib. Ölkə iqtisadiyyatına 17 milyard investisiya qoyulub”.

Hesabatla baş nazir Artur Rasi-zadə çıxış edir.

Qeyd edək ki, MM-in daxili nizamnaməsinə əsasən, parlamentin yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, hər ilin mart ayında hökumət millət vəkilləri qarşısında hesabat verir.

Onu da qeyd edək ki, hökumətin hesabatına həsr olunmuş iclasda millət vəkilləri ilə yanaşı, baş nazir və baş nazirlərin müavinləri, bir sıra nazirlər, komitə sədrləri və digər məsul şəxslər iştirak edirlər.

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com