38d19f23-9424-4b72-9c31-6a6f5863c17a..jpg

Hollivud ulduzu ad gününə 11 gün qalmış vəfat etdi – FOTO

Baxış sayı: 503 dəfə baxılıb.

Hollivud ulduzu ad gününə 11 gün qalmış vəfat etdi – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Məşhur aktyor Tayler Kristofer ad gününə 11 gün qalmış vəfat edib. Hollivud
ulduzunun 50 yaşı var idi.

Kristoferin ətrafındakılar faciənin səbəbini dilə gətiriblər. Məlum olub ki,
ulduzun səhhətində problemlər var imiş.

“Tayler Kristoferin vəfatı xəbərini böyük kədərlə bölüşürəm. Tayler bu səhər
San-Dieqodakı mənzilində infarkt keçirərək dünyasını dəyişib. Tayler həqiqətən
istedadlı insan idi. Onu tanıyanların hamısı üçün gözəl dost idi. Tayler psixi
sağlamlığın yaxşılaşdırılması və maddə asılılığının müalicəsinin müdafiəçisi
idi. O, bipolyar pozğunluğu və alkoqolla mübarizəsi barədə açıq danışırdı. Biz
əziz dostumuzun itkisindən hədsiz dərəcədə məyus olmuşuq”, – deyə Taylerin
dostu, teleaparıcı Moris Bernard şəxsi bloqunda paylaşım edib.

Qeyd edək ki, Tayler Kristofer “General Hospital”da Nikolas Kassadin rolu ilə
daha çox tanınıb. Bu rol ona üç “Emmy” mükafatı qazandırıb. Bundan başqa o,
“Charmed”, “Angel”, “JAG” və “CSI: Crime Scene Investigation” da daxil olmaqla
bir sıra seriallarda çəkilib.

Ulduz 2000-ci illərdə həmkarı Yeva Lonqoriya ilə evli olub. Bu evlilik
təxminən iki il davam edib. Məlumata görə, evlilik ən kiçik səbəbə görə
qısqanclıq isterikası keçirən aktrisaya görə dağılıb.

Mənbə: Star Hit

Source link