888d05ca-f5ea-400a-8e69-1dd2b40ffea3..jpg

I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatıb – FOTO

Baxış sayı: 1. 815 dəfə baxılıb.

I Beynəlxalq TÜRKSOY Teatr Festivalı başa çatıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Noyabrın 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında I Beynəlxalq
TÜRKSOY Teatr Festivalının bağlanışı və mükafatlandırma mərasimi keçirilib.

Azərbaycan Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı ilə
gerçəkləşən festival Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi və Şuşa
şəhərinin 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilməsi,
Azərbaycan peşəkar milli teatrının yaradılmasının 150 və TÜRKSOY-un 30 illik
yubileylərinə həsr olunub.

Festivalın bağlanış mərasimində çıxış edən TÜRKSOY-un baş katibi Sultan Raev
yüksək qonaqpərvərlik və təşkilatçılığa görə Azərbaycan Mədəniyyət Nazirliyinə
təşəkkürünü bildirib.

Baş katib Azərbaycanı, xüsusilə paytaxt Bakını Türk dünyasının böyük
mədəniyyət mərkəzlərindən biri kimi səciyyələndirb, hazırda “Türk dünyasının
mədəniyyət paytaxtı” missiyasını yerinə yetirən Şuşanı qardaş isə mənəviyyat
şəhəri hesab etdiyini deyib. Türk dünyasının çətin dönəmlərdə daim Azərbaycanın
arxasında olduğunu deyən Sultan Raev ölkəmizin ərazi bütövlüyünü və
suverenliyini bərpa etməklə güc və qüdrətini dünyaya nümayiş etdirdiyini
vurğulayıb.

İlk festivalın uğurla reallaşdığını bildirən baş katib növbəti teatr şöləninin
gələn il Türkmənistanın Aşqabad şəhərində keçiriləcəyini diqqətə çatdırıb.

Sonra türk respublikalarının aparıcı teatr kollektivlərini bir araya toplayan
festivalın qalib tamaşaları elan olunub.

Türk dünyasının teatr mütəxəssislərindən ibarət münsiflər heyətinin rəyinə
əsasən, “Ən yaxşı musiqi tərtibatına görə” İstanbul Dövlət Teatrı “Bir nəfəs
Dədə Qorqud” tamaşası ilə qalib olub.

Kasımalı Jantoşev adına İssıkgöl Musiqili Dram Teatrının (Qırğızıstan) “Günəşə
toxunan uşaq” və Səmərqənd Musiqili Dram Teatrının (Özbəkistan) “Leyli və
Məcnun” tamaşaları “Ən yaxşı tamaşa” nominasiyası üzrə mükafata layiq
görülüblər.

Tamaşanın ən yaxşı plastik həllinə görə Türküstan Musiqili Dram Teatrı
(Qazaxıstan) “Qorqud əfsanəsi” səhnə əsəri mükafat alıb.

Müsabiqənin “Ən yaxşı aktrisa” iki sənətçiyə – Azərbaycan Dövlət Akademik
Milli Dram Teatrından Məsmə Aslanqızına (“Qarabağnamə”) və Məhdimqulu adına
Türkmənistan Dövlət Musiqili Dram Teatrından Gülnabat Abdullayevaya qismət olub.

Festivalın müsabiqədən kənar tamaşa nümayişlərinə görə isə Azərbaycan Dövlət
Akademik Musiqili və Dövlət Pantomima teatrları fəxri diplomlarla təltif
olunublar.

Source link