4cf3577f-e4dc-4c54-8dc7-107beefaab9d..jpg

İcma: “Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib”

Baxış sayı: 784 dəfə baxılıb.

İcma: “Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti
nəticəsində gündəliyə gəlib”

“Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti
nəticəsində gündəliyə gəlib”.

Bu barədə Qərbi Azərbaycan İcmasının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ermənistan Xarici İşlər Nazirliyi martın 18-də bəyanat verərək
bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə
növbəti dəfə cəhd edib: “Əvvəla, vurğulamaq istərdik ki, sırf insan haqları
məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə
siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi
nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o
dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda
mübarizə aparırıq. Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən
faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada
əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə
nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara
dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik
təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz
cəhdlərdir. Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni
sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur.
Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz
ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait
yaratmalıdır”.

“Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu
məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni
irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa
çağırırıq. Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan
və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və
hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh
yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa,
bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq. Nəhayət, bir
daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq
tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək
şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz”, – məlumatda vurğulanıb.

Source link