4d972409-a477-46e1-b304-58a77c41d22b..jpg

İcraçı direktor: “Əksər regionlarda Qarabağdakı istiliktutumlu binalardan yoxdur”

Baxış sayı: 1. 134 dəfə baxılıb.

İcraçı direktor: “Əksər regionlarda Qarabağdakı istiliktutumlu binalardan
yoxdur”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycanın əksər regionlarında Qarabağdakı kimi istiliktutumlu binalar
yoxdur”.

“Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonunda 1 saylı Bərpa,
Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Övsət Həmidov Xəzər İnşaat
Həftəsi çərçivəsində “Bərpa, Tikinti və İdarəetmə xidmətlərinin Böyük Qayıdışa
töhfələri” mövzusunda təşkil olunmuş paneldə bildirib.

“İşğaldan azad edilmiş ərazilərdə tikilən binaların istiliktutumlu olmasına
xüsusi diqqət yetirilir. Bu cür binalar enerjiyə qənaət üçün önəmlidir.
İstiliktutumlu binalar təkcə Qarabağda yox, bütün ölkədə olmalıdır. Bu
binaların istilik tutumu kateqoriyalar üzrə ölçülür ki, bu da itirilən enerji
həcminə görə müəyyənləşdirilir. Avropa ölkələrində binaların istiliktutumlu
olması A kateqoriyasındadırsa, Azərbaycanda E kateqoriyasındadır. Bu da ciddi
enerji itkisi deməkdir. Qarşımıza qoyduğumuz hədəf ilk olaraq C, daha sonra B
kateqoriyasına keçməkdir.

Birbaşa A kateqoriyasına keçid üçün ciddi investisiya tələb olunur. Memarlar
binalara diqqəti cəlb edən pəncərələr qoymaqdansa, binaların istiliktutumlu,
qənaətcil olmasına fikir versələr, daha yaxşı olar”, – deyə o qeyd edib.

Source link