İlham Əliyev modul tipli məktəblərin quraşdırılmasına pul ayırdı

İlham Əliyev modul tipli məktəblərin quraşdırılmasına pul ayırdı

Baxış sayı: 3. 703 dəfə baxılıb.

Azərbaycan prezidenti İlham Əliyev Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.

ÇıxışYolu.Com-ın xəbərinə görə, sənəddə bildirilir ki, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında cəmi 824 şagird yerlik modul tipli 12 məktəbin quraşdırılması məqsədi ilə Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 4 172 000 manat  ayrılıb.

Sərəncama əsasən, Biləsuvarın Muğankənd, Neftçalanın Mirzəqurbanlı, Qaraqaşlı, Aşağı Surra, Xoltəzəkənd, Xolqaraqaşlı, Qazaxbərəsi, Pirəbbə, İmişlinin Muradxanlı, Beyləqanın Əhmədli və Gödəklər kənd məktəbləri, həmçinin Saatlı şəhər 1 nömrəli ümumi orta məktəb üçün modul tipli binalar quraşdırılacaq.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

ra №-si

Təhsil müəssisələrinin adları

Ayrılan vəsait

1

Biləsuvar rayonu Muğankənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

2

Neftçala rayonu Mirzəqurbanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

3

Neftçala rayonu Qaraqaşlı kənd  56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

4

Neftçala rayonu Eldar Rəhmanov adına Aşağı Surra kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

5

Neftçala rayonu Rövşən Babayev adına Xoltəzəkənd kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

6

Neftçala rayonu Xolqaraqaşlı kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

390 000

7

Neftçala rayonu Qazaxbərəsi kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

8

Neftçala rayonu Pirəbbə kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

262 000

9

İmişli rayonu Muradxanlı kənd 56 şagird yerlik modul tipli  ümumi orta məktəbin quraşdırılması

315 000

10

Saatlı şəhər 1 nömrəli 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

315 000

11

Beyləqan rayonu, Əhmədli kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması

425 000

12

Beyləqan rayonu Gödəklər kənd   96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması

425 000

 

Cəmi

4 172 00

www.ÇıxışYolu.Com