66e4ffcb-a488-4111-8306-1cef5c6a137d..jpg

İlham Əliyev: “Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”

Baxış sayı: 918 dəfə baxılıb.

İlham Əliyev: “Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir”

“Bu gün Tacikistan və Azərbaycan iki sabit dövlətdir. Bu gün öz regionumuzda
və bütövlükdə dünyada qeyri-sabitlik ocaqlarını görəndə, zənnimcə, hər kəs
anlayır ki, sabitlik inkişafın əsasıdır, təhlükəsizliyin əsasıdır. Sabitlik
olmasa nə investisiyalar olacaq, nə də tərəqqi və insanların rahatlığı”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Düşənbədə
Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında səsləndirib.

Dövlətimizin başçısı deyib: “Xalqlarımızın milli maraqlarına əsaslanan siyasət
yürüdən ölkələrimizin nümunəsi ona dəlalət edir ki, hətta inkişafın ən aşağı
nöqtəsində olduqda da müdrik rəhbərlik sayəsində böyük nəticələr qazanmaq olar”.

Source link