b3e09925-0984-4ec8-b604-7f3f01b147de..jpg

İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 561 dəfə baxılıb.

İlham Əliyev Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib –
YENİLƏNİB + FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad
rayonunda olub.

AZƏRTAC

xəbər verir ki, dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin
açılışında iştirak edib.

Elm və təhsil naziri Emin Əmrullayev Prezident İlham Əliyevə mərkəzdə
yaradılan şərait barədə məlumat verib.

Qeyd edək ki, ölkəmizdə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında
peşə təhsilinin rolu artır. Bu sahəyə göstərilən diqqət həm də müasir
infrastrukturun formalaşdırılması ilə müşayiət olunur. Cəlilabad Dövlət Peşə
Təhsil Mərkəzi də regional inkişaf proqramından irəli gələrək bölgədə gənclərin
peşə bacarıqlarına yiyələnməsinə yeni imkanlar yaradacaq.

Məlumat verilib ki, hazırda Azərbaycanda 98 peşə təhsili müəssisəsi var. Peşə
təhsil mərkəzlərinin sayı isə 14-dür. Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600
tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz
artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü
tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək
texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb. Hazırda
respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi
üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.

Bildirilib ki, hazırda Lənkəran Peşə Liseyi, Texnika və Texnologiyalar üzrə
Bakı Dövlət Peşə Təhsil Mərkəzi üçün binalar tikilir. Mingəçevir Peşə Təhsil
Mərkəzinin binasının tikintisi isə başlamaq üzrədir. Eləcə də Füzuli Peşə
Liseyi, Sənaye və Yüksək Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil
Mərkəzi, Tovuz, Qax və Quba Peşə liseylərinin binalarının layihələndirilməsi
aparılır. Qarabağda Kəlbəcər və Laçın peşə məktəblərinin tikintisi
planlaşdırılır. Böyük Qayıdış Proqramı çərçivəsində ümumilikdə 8 peşə təhsil
müəssisəsi tikilib istifadəyə veriləcək.

Dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzində yaradılan
şəraitlə tanış olub.

Ən müasir infrastruktur, maddi-texniki baza ilə təchiz olunan Mərkəzin
ərazisində 25 sinif otağı, 3 laboratoriya, 13 emalatxana, informatika kabineti,
STEAM Mərkəzi, praktiki məşğələ otağı, kitabxana, 252 yerlik akt zalı, 128
yerlik yeməkxana, idman zalları və meydançaları, avtotəmir binası, maldarlıq
ferması və digər köməkçi binalar yerləşir.

Peşə Təhsil Mərkəzində qənnadıçı, şirniyyatçı, dərzi, kompüterlərin təmiri və
xidməti üzrə texnik, mühasibat uçotu, qrafik dizayner, veb-dizayn və proqram
təminatı, çilingər-santexnik, geniş profilli traktorçu-maşinist, elektrik
montyoru, bərbər-vizajist-manikürçü, avtomobillərin təmiri çilingəri, avtomobil
sürücüsü, mebel ustası istiqamətləri üzrə mütəxəssis hazırlığı aparılacaq.

Eyni zamanda, kənd təsərrüfatı mütəxəssislərinə artan tələbatı nəzərə alaraq
bu sahə üzrə tədrisə xüsusi diqqət yetirilib. Müəssisədə kənd təsərrüfatı
məhsullarının istehsalı üzrə fermer, bitkiçilik, heyvandarlıq və baytarlıq üzrə
mütəxəssislər də hazırlanacaq.

Qeyd edək ki, son illərdə Azərbaycanda peşə təhsilinin inkişafı istiqamətində
əhəmiyyətli addımlar atılıb. Prezident İlham Əliyevin 2016-cı il 20 aprel
tarixli Fərmanına əsasən, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə
Dövlət Agentliyinin yaradılması, peşə təhsilinin yeni çağırışlara
uyğunlaşdırılması, peşə təhsil müəssisələrinin rolunun və statusunun
yüksəldilməsi bu sahəyə xüsusi diqqətin təzahürüdür.

Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin istifadəyə verilməsi bölgələrdə
gənclərin yeni tələblərə uyğun bilik və bacarıqlara yiyələnməsinə, eləcə də
məşğulluq məsələlərinin həllinə xidmət edəcək.

13:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 20-də Cəlilabad
rayonunda olub.

AZƏRTAC xəbər verir ki,
dövlətimizin başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak
edib.

Source link