717b8906-d320-45ed-a404-23d50f484dda..jpg

İlham Əliyev: “İlbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə çox sevindim”

Baxış sayı: 882 dəfə baxılıb.

İlham Əliyev: “İlbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə
çox sevindim”

“Paytaxtınız, ilbəil gözəlləşən Düşənbə şəhərinin coşqun inkişafını görəndə
çox sevindim. Mən axırıncı dəfə Düşənbəyə təqribən beş il bundan əvvəl
gəlmişdim və əminliklə deyə bilərəm ki, bu qısa müddət ərzində mühüm müsbət
dəyişikliklər baş verib”.

AZƏRTAC

xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentiİlham Əliyev Düşənbədə
Tacikistan Prezidenti Emoməli Rəhmon ilə birgə mətbuata bəyanatında söyləyib.

Tacikistanlı həmkarını və bütün qardaş Tacikistan xalqını Tacikistanın
sosial-iqtisadi inkişafında böyük nailiyyətlər münasibətilə təbrik edən
dövlətimizin başçısı deyib: “Onu da qeyd etmək istərdim ki, həm gördüklərim,
həm də Tacikistan Prezidentinin gələcək planları barədə mənə dedikləri ona
dəlalət edir ki, Tacikistanın paytaxtı daha gözəl, qonaqlar və sakinlər üçün
daha rahat olacaq”.

Source link