İlham Əliyev və Mehriban Əliyeva “Formula-1” Azərbaycan Qran-prisinin əsas yarışına baxıblar – YENİLƏNİB+FOTO

Baxış sayı: 704 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva “Formula-1” Azərbaycan Qran-prisinin əsas
yarışına baxıblar – YENİLƏNİB+FOTO

Aprelin 30-da Bakı şəhər halqasında “Formula-1” üzrə dünya çempionatının
dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışı keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə
üzvləri yarışa baxıblar.

Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub. Dövlət
Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova
səsləndirib.

Açılış mərasimindən sonra “Formula-1” Azərbaycan Qran-Prisinin əsas yarışı
başlayıb.

“Formula-1” yarışında hər biri iki pilotdan ibarət 10 komanda mübarizə aparıb.
Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında iki saat ərzində 51
dövrə vurublar. “Mercedes” komandasının heyətində Luis Hamilton və Corc Rassel,
“Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler, “Williams”ın heyətində
Aleksander Albon və Loqan Sarjent yarışıblar. “Red Bull Racing” komandasında
Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris və Yuki Tsunoda,
“Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparıblar. Bundan başqa,
“Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju, “McLaren”də Oskar
Piastri və Lando Norris yürüşdə iştirak ediblər. Pilotlar Niko Hulkenberq və
Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll “Aston Martin”
komandasının idman şərəfini qoruyublar.

“Formula-1” üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir.
Bakı Qran-Prinin dördüncü mərhələsinə ev sahibliyi edir. Uzunluğu 6 kilometr
olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı
memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek
Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər
ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc
yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi
trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci
döngələrdə 7,6 metr təşkil edir.

İki saata yaxın davam edən gərgin idman mübarizəsinin sonunda “Red Bull
Racing” komandasının meksikalı pilotu Serxio Peres Azərbaycan Qran-Prisinin
qalibi adını qazanıb. Onun komanda yoldaşı Maks Ferstappen ikinci, “Ferrari”nin
sürücüsü Şarl Lakler isə üçüncü pillədə yer alıblar.

Sonra “Formula-1” Azərbaycan Qran-Prisinin qaliblərinin mükafatlandırılması
mərasimi keçirilib.

Əvvəlcə qalib idmançının və komandanın şərəfinə Meksikanın və Avstriyanın
Dövlət himnləri səsləndirilib.

Mükafatları pilotlara Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov,
gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Avtomobil Federasiyasının
prezidenti Anar Ələkbərov, Beynəlxalq Avtomobil Federasiyasının prezidenti
Məhəmməd Ben Sulayem və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı
direktoru Maqsud Fərzullayev təqdim ediblər.

Xatırladaq ki, “Formula-1” Azərbaycan Qran-Prisinə aprelin 28-də start
verilib. Azərbaycan Qran-Prisinin ilk günündə “Formula-1” pilotları sərbəst
yürüş və sıralanma yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1
saat ərzində 6 kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull
Racing” komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb.
“Ferrari”nin pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio
Peres ilk üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl
Lekler qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen
ikinci, Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində
monakolu pilot cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul
qazanıb. Həmçinin bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin
29-da isə sprint üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat
yarışında “Ferrari” komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull
Racing”in pilotları Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar.
Sprint yarışı isə S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci,
M.Ferstappen isə üçüncü olublar.

Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib.
Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib.

Beləliklə, 4 Qran Pridən sonra pilotların siyahısına “Red Bull Racing”
komandasının niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində
93 xal var. Ferstappendən 6 xal geri qalan komanda yoldaşı – Bakı yarışının
qalibi Serxio Peres ikinci sırada qərarlaşıb. İlk beşliyi 60 xalla Fernando
Alonso (Aston Matin”), 48 xalla Luis Hamilton (“Mercedes”) və 34 xalla Karlos
Saynz (“Ferrari”) tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (180 xal) komandasıdır.
“Aston Martin” 87 xalla ikinci, “Mercedes” isə 76 xalla üçüncü pillədə yer
alıb. Sonrakı yerlərdə “Ferrari” (62), “McLaren” (14), “Alpine” (8), “Haas”
(7), “Alfa Romeo” (6), “Alpha Tauri” (2) və “Williams” (1) komandaları
qərarlaşıb.

“Formula-1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda “Formula-2” yarışları da
keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik
uğrunda mübarizə aparıb. Aprelin 28-də “Formula-2” üzrə sərbəst və sıralanma
yarışları təşkil olunub. Sərbəst yürüşdə “Preme Racing” komandasının pilotu
Oliver Berman birinci olub. “Hitech”in üzvü İsak Hajar yarışı ikinci, “Campos
Racing”dən Kuş Maini üçüncü pillədə başa vurublar. Sıralanma turunda da Oliver
Berman fərqlənib. “Rodin Carlin” komandasının üzvü Enzo Fittipaldi ikinci, “ART
Grand Prix”in pilotu Teo Purşer isə üçüncü pillədə yer alıblar. Ertəsi gün
birinci sprint yarışında O.Berman bütün rəqiblərini qabaqlayıb. Onun komanda
yoldaşı Frederik Vesti yürüşü ikinci, “Hitech”in pilotu Jak Krouford isə üçüncü
pillədə başa vurublar. On dörd mərhələdən ibarət “Formula-2” yarışına noyabrın
24-26-da Əbu-Dabidə yekun vurulacaq.

Azərbaycan “Formula-1” yarışlarına yeddinci dəfədir ev sahibliyi edir. Avropa
Qran-Prisi adlandırılan ilk yarış 2016-cı ildə təşkil olunub. Bu yarışda
“Mercedes” komandasının pilotu Niko Rosberq birinci olub. Növbəti ildən
Azərbaycan Qran-Prisi adını alan yarışlarda Daniel Rikkardo (Red Bull Racing,
2017), Luis Hamilton (Mercedes, 2018), Valtteri Bottas (Mercedes, 2019), Serxio
Peres (Red Bull Racing, 2021), Maks Ferstappen (Red Bull Racing, 2022) qalib
gəliblər. 2020-ci ildə “Formula-1” Azərbaycan Qran-Prisi koronavirus
pandemiyası səbəbindən keçirilməyib.

Dünya çempionatının Azərbaycan mərhələsində hər il müxtəlif pilotlar qalib
gəlib. Azərbaycan Qran-Prisinin nəticəsinin gözlənilməzliyi onu daha da
möhtəşəm edir. “Formula-1” mütəxəssisləri buna “Bakı sindromu” adı veriblər.

15:53

Aprelin 30-da Bakı şəhər halqasında “Formula-1” üzrə dünya çempionatının
dördüncü – Azərbaycan Qran-Prisinin əsas yarışına start verilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının
Prezidentiİlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və ailə
üzvləri yarışa baxırlar.

Əvvəlcə Qran-Prinin açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni ifa olundu. Dövlət
Himnini “Eurovision-2018” müsabiqəsində Azərbaycanı təmsil edən Aysel Məmmədova
səsləndirib.

Açılış mərasimindən sonra “Formula-1” Azərbaycan Qran-Prisinin əsas yarışı
başlayıb.

Qeyd edək ki, “Formula-1” yarışında hər biri iki pilotdan ibarət 10 komanda
mübarizə aparır. Pilotlar qalibi müəyyənləşdirmək üçün Bakı şəhər halqasında
iki saat ərzində 51 dövrə vuracaqlar. “Mercedes” komandasının heyətində Luis
Hamilton və Corc Rassel, “Ferrari” komandasında Karlos Sayns və Şarls Lekler,
“Williams”ın heyətində Aleksander Albon və Loqan Sarjent yarışırlar. “Red Bull
Racing” komandasında Serxio Peres, Maks Ferstappen, “Alpha Tauri”də Nik de Vris
və Yuki Tsunoda, “Alpine”da isə Pyer Qasli ilə Esteban Okon mübarizə aparırlar.
Bundan başqa, “Alfa Romeo”nun heyətində Valtteri Bottas və Cou Quanju,
“McLaren”də Oskar Piastri və Lando Norris yürüşdə iştirak edirlər. Pilotlar
Niko Hulkenberq və Kevin Maqnussen “Haas”, Fernando Alonso və Lans Stroll
“Aston Martin” komandasının idman şərəfini qoruyurlar.

“Formula-1” üzrə dünya çempionatının cari mövsümü 24 mərhələdən ibarətdir.
Bakı Qran-Prinin dördüncü mərhələsinə ev sahibliyi edir. Uzunluğu 6 kilometr
olan və hərəkətin saat əqrəbinin əksinə nizamlandığı trek məşhur almaniyalı
memar Hermann Tilke tərəfindən hazırlanıb. Azadlıq meydanından başlayan trek
Hökumət Evinin ətrafı ilə fırlanaraq Qız qalasına çatmaq üçün İçərişəhər
ətrafında 2,2 kilometr dairə vurur və Neftçilər prospektinə çıxaraq başlanğıc
yerində sona çatır. Trekin ən geniş yerinin eni 13 metrdir, ən dar hissəsi
trekin İçərişəhər ətrafında olan hissələrində, o cümlədən 7-ci və 8-ci
döngələrdə 7,6 metr təşkil edir.

“Formula-1” Azərbaycan Qran-Prisinə aprelin 28-də start verilib. Azərbaycan
Qran-Prisinin ilk günündə “Formula-1” pilotları sərbəst yürüş və sıralanma
yürüşlərində mübarizə aparıblar. Hər iki yürüşdə pilotlar 1 saat ərzində 6
kilometrlik Bakı trekində yarışıblar. Sərbəst yürüşdə Red Bull Racing”
komandasının pilotu Maks Ferstappen bütün rəqiblərini qabaqlayıb. “Ferrari”nin
pilotu Şarl Lekler və “Red Bull Racing”in digər sürücüsü Serxio Peres ilk
üçlüyü tamamlayıblar. Sıralanma turunu isə “Ferrari”nin pilotu Şarl Lekler
qalibi kimi başa vurub. “Red Bull Racing”in üzvləri Maks Ferstappen ikinci,
Serxio Peres isə üçüncü yerdə qərarlaşıblar. Bu qələbə sayəsində monakolu pilot
cari mövsüm ilk, Bakı şəhər halqasında ardıcıl üçüncü poul qazanıb. Həmçinin
bu, onun karyerasında qazandığı 19-cu nailiyyətdir. Aprelin 29-da isə sprint
üçün təsnifat və sprint yarışları təşkil olunub. Təsnifat yarışında “Ferrari”
komandasının pilotu Şarl Lekler birinci olub. “Red Bull Racing”in pilotları
Serxio Peres və Maks Ferstappen ilk üçlüyü tamamlayıblar. Sprint yarışı isə
S.Peresin qələbəsi ilə yekunlaşıb. Ş.Lekler ikinci, M.Ferstappen isə üçüncü
olublar.

Builki dünya çempionatına martın 3-5-də Bəhreyn Qran-Prisi ilə start verilib.
Sonrakı mərhələlər Səudiyyə Ərəbistanında və Avstraliyada keçirilib. Üç
mərhələdən sonra pilotların siyahısına “Red Bull Racing” komandasının
niderlandlı sürücüsü Maks Ferstappen başçılıq edir. Onun aktivində 75 xal var.
Ferstappendən 13 xal geri qalan “Red Bull Racing”in digər pilotu Serxio Peres
ikinci sırada qərarlaşıb. İlk beşliyi 48 xalla Fernando Alonso (Aston Matin”),
40 xalla Luis Hamilton (“Mercedes”) və 24 xalla Karlos Saynz (“Ferrari”)
tamamlayırlar.

Konstruktorlar kubokunun lideri isə “Red Bull Racing” (137 xal) komandasıdır.
“Aston Martin” 69 xalla ikinci, “Mercedes” isə 63 xalla üçüncü pillədə yer
alıb. Sonrakı yerlərdə “Ferrari” (37), “McLaren” (12), “Alpine” (8), “Haas”
(7), “Alfa Romeo” (6), “Alpha Tauri” (1) və “Williams” (1) komandaları
qərarlaşıb.

“Formula-1” Azərbaycan Qran-Prisi çərçivəsində Bakıda “Formula-2” yarışları da
keçirilib. Bu yarışda hər biri iki pilotla təmsil olunan 11 komanda birincilik
uğrunda mübarizə aparıb. Aprelin 28-də “Formula-2” 2 üzrə sərbəst və sıralanma

Source link