88bf49d4-ca8f-4ffe-a64c-1cde2e1bc4d2..jpg

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları təbrik ediblər – VİDEO

Baxış sayı: 618 dəfə baxılıb.

İlham Əliyev və Mehriban Əliyeva İrəvanda medal qazanmış türk idmançıları
təbrik ediblər – VİDEO

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva
İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş
medallar qazanmış Türkiyə təmsilçiləri Cansu Bektaş və Qamze Altunu təbrik
ediblər.

AZƏRTAC

xəbər verir ki, təbrik mətnində deyilir:

“İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl və gümüş
medallar qazanmağınız münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirik.

Sizin yüksək ustalıq, əzmkarlıq və iradə nümayiş etdirərək dünya miqyasında
Türkiyə bayrağını dalğalandırmağınız, İstiqlal Marşını səsləndirməyiniz bütün
Azərbaycan xalqını sevindirdi.

Qələbələrinizi Azərbaycana həsr etdiyinizə görə Sizə xüsusi təşəkkür edirik.
Bu, bir daha onu sübut etdi ki, Azərbaycan olmayan yerdə Türkiyə daim bizi
təmsil edir və haqq işimizi dəstəkləyir. Bu, sarsılmaz Azərbaycan-Türkiyə
qardaşlığının növbəti təzahürüdür.

Biz Sizinlə fəxr edir, bundan sonra da yeni-yeni qələbələr diləyirik.

Hörmətlə,

İlham Əliyev və Mehriban Əliyeva”


Source link