28863b2b-fe44-4e71-aad8-e78ef6c96ed5..jpg

İlham Əliyev və Rumen Radev SOCAR-ın Bolqarıstandakı ofisinin açılışında iştirak ediblər -YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 671 dəfə baxılıb.

İlham Əliyev və Rumen Radev SOCAR-ın Bolqarıstandakı ofisinin açılışında
iştirak ediblər -YENİLƏNİB+FOTO/VİDEO

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı
olub.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak
ediblər.

Dövlət başçıları ofis binasının rəmzi açılışını bildirən lenti kəsdilər,
burada yaradılan şəraitlə tanış oldular.

Binada ofis əməkdaşlarının fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Qeyd edək ki, enerji sahəsində əməkdaşlıq sürətlə inkişaf edən
Azərbaycan-Bolqarıstan əlaqələrində mühüm yer tutur. Azərbaycan Prezidenti
İlham Əliyevin Bolqarıstana sonuncu – 2022-ci il 30 sentyabr-1 oktyabr tarixli
rəsmi səfəri və həmin səfər çərçivəsində Yunanıstan-Bolqarıstan qaz
interkonnektorunun istismara verilməsi ölkələrimiz arasında enerji sahəsində
əməkdaşlıqda tamamilə yeni səhifə açdı. Dövlətimizin başçısının bugünkü səfəri
zamanı Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiyanın ötürücü sistem
operatorları və SOCAR arasında Anlaşma Memorandumunun imzalanması isə enerji
resurslarının nəqlinin daha da şaxələndirilməsi, o cümlədən enerji
təhlükəsizliyinin gücləndirilməsi istiqamətində vaxtında atılan çox mühüm
addımdır. Bütün bunlar SOCAR-ın Bolqarıstandakı fəaliyyətinin genişləndirilməsi
zərurətini yaradır. Bolqarıstanın tənzimləyici qurumu artıq “SOCAR Trading”ə
Bolqarıstan ərazisində təbii qaz ticarəti ilə məşğul olmaq üçün lisenziyanı
təsdiqləyib. SOCAR-ın Bolqarıstandakı ofisinin açılması şirkətin Avropa
bazarında fəaliyyətinin daha da genişləndirilməsinə mühüm töhfə verəcək.

14:14

Aprelin 25-də Sofiyada SOCAR-ın Bolqarıstan Respublikasındakı ofisinin açılışı
olub.

AZƏRTAC

xəbər verir ki, Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev və
Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev açılış mərasimində iştirak
ediblər.


Source link