8b3a94b3-c5a1-4bcd-9f44-02f8f2dfdeb3..jpg

İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi

Baxış sayı: 779 dəfə baxılıb.

İlkin Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi

Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuz rayonunda 10 yaşlı Nərmin
Quliyevanı qətlə yetirməkdə təqsirləndirilən İlkin Süleymanovun cinayət işi
üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən
prosesdə təqsirləndirilənin vəkillərinin qaldırdığı hal şəhidi qismində Salman
Ələkbərovun məhkəmədə dindirilməsi və İlkin Süleymanovun mobil telefonunun
əhatə dairəsi barədə məlumatın məhkəməyə təqdim edilməsi vəsatətləri təmin
olunmayıb.

Belə ki, hal şahidi qismində S.Ələkbərovun ifadəsinə ehtiyac olmadığı
bildirilib.

Təqsirləndirilən İlkin Süleymanovun vəkilləri vəsatətlərinin təmin olunmaması
ilə bağlı şikayət edəcəklərini bildiriblər.

Növbəti məhkəmə iclası aprelin 26-na təyin olunub.

Xatırladaq ki, Tovuz rayonunun Dondar Quşçu kənd sakini N.Quliyeva 2019-cu il
noyabrın 21-də itkin düşüb, onun meyiti 2020-ci il yanvarın 6-da yandırılmış
halda tapılıb. 2020-ci il yanvarın 10-da isə hadisəni törətməkdə şübhəli
bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü İ.Süleymanov
saxlanılaraq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə),
120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı
qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrində nəzərdə tutulan
ittiham elan olunub.

Source link