2400c6ea-d3b0-47eb-9b42-9600847a4f0f..jpg

İlkin Süleymanovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Baxış sayı: 620 dəfə baxılıb.

İlkin Süleymanovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarıldı

Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı öldürməkdə təqsirli
bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilmiş İlkin Süleymanovun cinayət
işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə qaytarılıb.

“Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, bu barədə Gəncə Apellyasiya Məhkəməsi
qərar qəbul edib.

İşin geri qaytarılmasına səbəb isə Nərminin atası Şərif Quliyevin hökmdən
apellyasiya şikayət verməsidir. Zərərçəkmiş tərəf İ.Süleymanovun ömürlük məhkum
edilməsini tələb edir. Prosessual müddət başa çatdığı üçün apellyasiya şikayəti
verilməsinin mümkünlüyü məsələsinə birinci instansiya məhkəməsində baxılmalıdır.

Yekun qərar verilənə kimi proses təxirə salınıb.

Müdafiə tərəfi isə Şərif Quliyevin şikayətini əsassız hesab edir.
İ.Süleymanovun vəkili Zabil Qəhrəmanov əvvəlki iclasda məhkəmənin istintaqla
aparılması, əlavə şahidlərin dindirilməsi və sair vəsatətlər qaldırıb. Məhkəmə
vəsatətlərin heç birini təmin etməyib.

Xatırladaq ki, cinayət hadisəsi 2020-ci ildə baş verib. İlkin Süleymanov
həmkəndlisi, 10 yaşlı Nərmin Quliyevanı oğurlayıb xüsusi amansızlıqla
öldürməkdə, cəsədini yandırmaqda ittiham olunur. Ona qarşı Cinayət Məcəlləsinin
120.2.4 (xüsusi amansızlıqla qəsdən adamöldürmə), 120.2.9 (təqsirkar şəxs üçün
aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam
oğurluğu) və başqa maddələr ilə ittiham irəli sürülüb.

Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrlik etdiyi iclasda
İ.Süleymanov 18 il müddətinə azadlıqdan məhrum edilib.

Source link