03795eea-3f04-420f-b0e1-80f38d10d908..jpg

İlon Mask yeni şirkət yaradıb: İşçilər axtarır

Baxış sayı: 624 dəfə baxılıb.

İlon Mask yeni şirkət yaradıb: İşçilər axtarır

İlon Mask süni intellekt sahəsində araşdırmalarla məşğul olacaq X.AI şirkətini
yaradıb.

Məlumata görə, milyarder şirkətin siyahıya alınmış yeganə direktorudur. Maskın
ailə investisiya firması olan “Excession”u idarə edən Cared Birçall isə
şirkətin katibi kimi siyahıya düşüb.

Həmçinin bildirilir ki, sahibkar fəal şəkildə işçi axtarır. Maskın məşhur
“ChatGPT”-ni yaradan “OpenAI” şirkəti ilə rəqabət aparmaq üçün süni intellekt
startapını işə salmaq niyyətində olduğu deyilir.

İddialara görə, ünyanın ən varlı adamlarından biri hazırda süni intellekt üzrə
mütəxəssislərdən ibarət komanda toplayır və startap üçün kapital toplamaq
məqsədilə “Tesla” və “SpaceX” şirkətlərinin investorları ilə danışıqlar aparır.

Mənbə: rbc.ua

Source link